backend

İŞİD-in gücü artır - VİDEO

İŞİD-in gücü artır - VİDEO






















Türkiyəni tək başına bu riskli işə sürükləyirlər.

İŞİD terrorçu təşkilatının üzə çıxması vətəndaş müharibəsində boğulan Suriya və İraqı daha da ağır duruma saldı.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, düzdü bu müharibədən indi yararlananlar da var.

Çünki istehsal olunan silahlar üçün bazar var. İraq neftinin müəmmalı axışı var. Bir də müsəlmanın müsəlmanı öldürməsi də görünür kimlərəsə sərf edir.

Bütün bu məsələləri Türkiyənin İstanbul şəhərindən “Xəbərçi”yə bağlanan siyasi şərhçi Musa Çələbi ilə müzakirə etdik.

- Xoş gördük, Musa bəy! Musa bəy Amerika Birləşmiş Ştatlarının dünənki açıqlaması göstərdi ki, koalisiya qüvvələri İŞİD-ə qarşı gücsüzdü. Sizcə bu etiraf nə qədər inandırıcıdı?

- Birləşmiş Ştatların verdiyi məlum açıqlaması bizim türkcədə belə bir şəkildə ifadə olnur - verilən bir qərarın pozulması kimidir. Türkiyə hadisələrin əvvəlindən bəri hava zərbləri ilə İŞİD-in hücümlarının qarşısını almaq mümkün olmayacağını deyir. Bununla yanaşı Türkiyə bütün koalisiya qüvvələri ilə birlikdə hərəkət etməsinin və qurudan İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatların keçirilməsini tələb edir. Eyni zamanda da Türkiyə İŞİD-ə dəstək verən Suriyada vəziyyətin yaxşılaşdırılmasını istəyir. Bunun isə nə olduğunu sizlər daxil hamı yaxşı bilir. Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması. Belə ki, qeyri-rəsmi məlumatlara görə, bu günə kimi 200 min dinc insan Suriyada öldürülüb, 2 milyondan artıq insan isə sadəcə Suriyadan Türkiyəyə köçmək məcburiyyətində qalıb. Belə bir durumda isə İŞİD-in bölgədə fəaliyyət göstərməsinə münbit şərait yaranmış olur. Lakin bütün bunlara baxmayaraq bu günə kimi, Türkiyənin bu siyasətini dəstəklən bir ölkə ortaya çıxmadı.

- Musa bəy, İŞİD-lə mübarizədə Türkiyə niyə ehtiyatlı davranır?

- Təbii ki, Türkiyə İŞİD-lə mübarizədə ehtiyatlı davranmasının səbəbi budur. Türkiyənin ümumiyyətlə İŞİD-lə mübarizədə çəkinəcəyi bir şey yoxdur. Türkiyə millətlərarası hüqüq məsələsinə görə ehtiyatlı davranır. Yəni BMT-nin və koalisiya qüvvələri Suriyada 200 min insanın öldürən və milyonlarla insanın öz doğma ölkələrindən məcburən köçmələrinə bais olan diktator Əsədin devrilməsinə qərar verməyib. Buna baxmayaraq Türkiyəni beynəlxalq hüququn xaricində başqa ölkənin torpağında hərbi əməliyyatlar həyata keçirməyə təşviq edirlərlər. Bu hal isə qanunsuz bir durumdur. Və Türkiyəni tək başına bu riskli işə sürükləyirlər.

- İŞİD-in silahlı tükənmir. Bu qədər müasir silah və taktiki döyüş qabiliyyəti hardandı İŞİD-də?

- İlk növbədə İŞİD-in fəaliyyətini araşdırmaq lazımdır. İkincisi isə bütün dünya bilir ki, İŞİD-in Türkiyə ilə heç bir əlaqəsi olmayıb. İŞİD kimdir? Bu gün hamımızın şahid olduğu bir fakt var. Hazırda Səddam rejiminin devrilməsi nəticəsində işsiz qalan xeyli sayda - generallar, əsgərlər və digər döyüşçü qruplar İŞİD-in sıralarında yer alıblar. Eyni zamanda da Suriyada Əsədə bağlı ordu içərisində yer alanlar bəzi əsgərlər bir müddətdən sonra İŞİD-in sıralara daxil olublar. Çox zaman İŞİD insanlar arasında qorxu yaratmaq üçün zaman-zaman çeçen əsilli və digər ölkələrdən gələn döyüşçülər ortaya çıxarırlar. Silah məsələsinə gəlincə isə İŞİD qruplaşmaları İraqa girərkən amerikalıların tərk etdikləri bütün silahları ələ keçirdilər. Hazırda İŞİD İraqda ələ keçirdiyi silah-sursat və digər qənimətlərdən yaralanır. Artıq İŞİD əlində olan silaların kimə məxsus olduğu hamıya bəllidir.

Daha ətraflı videoformatda