backend

"Ermənistan bir əski parçasıdır…" — Erməni ekspert ölkəsini tənqid etdi (VİDEO)

"Ermənistan bir əski parçasıdır…" — Erməni ekspert ölkəsini tənqid etdi (VİDEO)
















"Vladimir Putinin seçkiqabağı kampaniyasında canfəşanlıq edən, hətta zurna çalaraq ətrafdakıları şənləndirən ermənilər seçki günündə də eyni ssenarini təkrarlamaq niyyətindədirlər".
Xəzər Tv bildirir ki, bu sözləri müstəqil erməni ekspert Arbak Xaçatryan Ermənistanın 1in.am saytına müsahibəsində deyib. O, ermənilərin bu hərəkətlərini yaltaqlıq adlandırıb. Arbak Xaçataryan Rusiyaya yalnız ailə dolandırmaq məqsədilə gedən ermənilərin pul hərisinə çevrildiklərini və sırf Ermənistanda hökm sürən xaos vəziyyətinə qayıtmamaq naminə hər cür addıma atmağa hazır olduqlarını deyib: "Əgər sən əski parçasısansa, kimin əlində olmağının nə fərqi var?"

O, ölkəsində baş verən özbaşınalıqları bütün çılpaqlığı ilə etiraf edib və Ermənistanı iqtisadiyyatı olmayan, dövlət institutları fəaliyyət göstərməyən, qeyri-legitim addımlar atan ölkə adlandırıb.
Xaçataryan hesab edir ki, Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb. Onun fikrincə, Rusiya özünə güclü və etibarlı partnyor tapıb və artıq neçə illərdir məhz Azərbaycanla əməkdaşlıq edir. O, Ermənistanı bir tərəfdaş olaraq narkoman və əyyaşla müqayisə edib.

Arbak Xaçatryan ümumiyyətlə erməni icmasının mövcudluğunu sual altına alaraq, ailələrini Ermənistanda qoyub Rusiyaya işləməyə gedən ermənilərin hansısa ideoloji qərar vermək qabiliyyətinə şübhə ilə yanaşdığını bildirib. (Xəzər TV)