backend

Rusiyada prezident seçkiləri: Bakıdakı məntəqədə 500-dən çox seçici səs verib — FOTO+VİDEO+YENİLƏNİB

Rusiyada prezident seçkiləri: Bakıdakı məntəqədə 500-dən çox seçici səs verib — FOTO+VİDEO+YENİLƏNİB
















Rusiyada keçirilən seçkilərdə prezidentlik uğrunda 8 namizəd mübarizə aparır.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin rəsmi Twitter hesabında Bakıda yaradılmış seçki məntəqəsində səsvermənin fəal şəkildə davam etdiyi bildirilib. Saat 12:00-a kimi 500-dən çox seçici səsvermədə iştirak edib.

Səfirlik seçkilərdə ilk dəfə iştirak edənləri təbrik etməyi də unutmayıb.

***

Ölkə prezidenti Vladimir Putin ənənəyə uyğun olaraq, Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı məntəqədə səs verib. O, bildirib ki, yenidən prezident olmaq üçün lazım olan istənilən səs faizini uğurlu nəticə sayacaq.

Qeyd edək ki, seçki məntəqələri ilk olaraq Kamçatka və Çukot vilayətlərində açılıb.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin sözçüsü Denis Apaşkinin verdiyi məlumata görə, Bakıda yaradılmış seçki məntəqəsində seçicilərin yüksək fəallığı müşahidə olunur. Səfirliyin rəsmi Twitter hesabında isə məntəqəyə ilk seçicinin gəlməsi haqqıda məlumat verilib.

Xatırladaq ki, bu gün Rusiyada keçirilən seçkilərdə 8 namizəd – Vladimir Putin, Serqey Baburin, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov və Qriqoriy Yavlinski prezidentlik uğrunda mübarizə aparırlar.