backend

“Xüsusi təyinatlı qüvvələrimiz XANKƏNDİNƏ girdi!..”

“Xüsusi təyinatlı qüvvələrimiz XANKƏNDİNƏ girdi!..”

Bu, yalan deyil, gerçəkdən eşidəcəyimizə hələ də ümid etdiyimiz xəbərdir...

Qardaş Türkiyənin Afrin istiqamətindəki uğurları hamımızı sevindirir...

***

“Türkiyə xüsusi təyinatlıları Afrinə girdi” xəbərindən lap çox sevindik...

***

Hər hansı müsəlman, türk ölkəsinin gerçək uğuru həm də bizim uğurumuzdur...

***

Amma biz də öz dos-doğma ordumuzun dos-doğma yurdumuzdan gələcək uğur xəbərlərini eşitmək istəyirik...

***

“Xüsusi təyinatlılarımız Xankəndinə girdi...” Görəsən, bu xəbəri nə vaxtsa eşidəcəyik, yoxsa, boş-boş bəyanatlar, hap-gop, yalan-palanla, “5 rayon”, “7 rayon” nağıllarıyla hamımız sıra ilə torpağın altına gömüləcəyik?..

***

Hər gün, hər gün... Ermənilərin torpaqlarımızda yeyib-içdiklərini, tikib-qurduqlarını, xarici qonaqları qəbul etdiklərini gördükcə ürəklərimiz param-parça olur axı...

***

Deyirlər, ay aman, müharibə olsa, qırğın olacaq... Cavanlarımız qırılacaq....

***

Məntiqsiz söhbətdir... Onsuz da bu “atəşkəs” dövründə səngərlərdə düşmən gülləsindən minlərlə say-seçmə Mübarizlərimiz(!) şəhid olub...

***

Onsuz da Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan dərdindən o yurdların on minlərlə əsl sahibi torpağa gömüldü və demək olar ki, hər gün onları itiririk...

***

Xəstə yatağında, borc, kredit, evsizlik, pulsuzluq, bahalıq dərdindən sızlaya-sızlaya ölməkdənsə, şərəfli ölüm üstün deyilmi?..

***

Mübarizlərimizi tək-tək güdaza verib alqışlayaraq mübarizə potensialımızı boş-boşuna xərcləməkdənsə, onları, hamımızı birdəfəlik toparlayıb “Ya Qarabağ! Ya ölüm!” hücumuna geçmək doğru deyilmi?..

***

Türkiyə öz sərhədlərindən xaricdə terrora, Qərbdəki, Şərqdəki bütün düşmənlərinə qarşı mücadilə verir. Bəs biz oz hüquqi-tarixi torpaqlarımızı terrorçu separatçılardan azad etmək haqqına malik deyilikmi? Axı biz də müstəqil(!) dövlətik...

“Xüsusi təyinatlı qüvvələrimiz XANKƏNDİNƏ girdi!..”


Sultan Laçın