backend

Gənc qadına ölən nənəsindən mesaj gəldi

Gənc qadına ölən nənəsindən mesaj gəldi






















“Səni izləyirəm...”

İngiltərədə qeyri-adi hadisə baş verib.

qaynarxett.az-nun ANS PRESS-ə istinadən məlumatına görə, təxminən üç il əvvəl dünyasını dəyişən nənəsindən Şeri Emerson adlı britaniyalı qadına qısa mesaj gəlib. Gənc qadın bu hadisədən xeyli təəccüblənib.

Belə ki, Şerinin 59 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişən nənəsi ölməzdən əvvəl öz vəsiyyətiylə cib telefonun qəbirə basdırılmasını istəyib. Nənəsi üçün darıxanda qəbirə mesaj göndərən Şeriyə günlərin bir günü nənəsindən cavab gəlib.

Mesajda “Gözüm üzərində. Hər şey gözəl olacaq. Bunların hamısı düzələcək” sözləri qeyd edilib. Gənc qadın “Sən kimsən”? deyə mesaj yazıb. Bu dəfə isə Şeriyə “Səni izləyirəm və əmin ol ki, hər şey daha yaxşı olacaq” deyə cavab gəlib.

Bu hadisədən şoka düşən qadın nənəsinin yaşadığını zənn edib. Daha sonra məsələni araşdıran qadın üçün hər şey məlum olub. Sən demə mesaja cavab verən şəxs Şerinin nənəsinin nömrəsini bir neçə həftə əvvəl satın alıb. Yeni istifadəçi nömrəni işlətməyə başladıqdan sonra isə gələn qəribə mesajları anlamayıb.

İstifadəçi dostlarının onunla zarafat etdiyini düşünüb. Zarafatı davam etdirmək istəyən şəxs bilmədən Emerson ailəsini qorxuya salıb. Daha sonra ailədən üzr istəyən şəxs bunun bir daha təkrarlanmayacağı sözünü verib.