backend

Maştağa sakini Ali Məhkəmədən ədalətli məhkəmə hökmünün çıxarılmasına ümid bəsləyir

Maştağa sakini Ali Məhkəmədən ədalətli məhkəmə hökmünün çıxarılmasına ümid bəsləyir
















Bu günlərdə redaksiyamıza Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə sakini Baloğlan Bağırov-101 ünvanda yaşayan Dadaşova Aygün Mirsadiq qızı tərəfindən müraciət daxil olub. Adı çəkilən şəxs ünvanladığı müraciətində qeyd edir ki, “1959-cu il təvəllüdlü həyat yoldaşım Bağırov Yusif Maştağa oğlu, 13 iyul 2015-ci il tarixdə yaxın qohumu Əliyev Rauf Mikayıl oğlunun yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsi ev-20 ünvana gedir. Məqsədi o olur ki, yaxın qohumu ilə müəyyən söz-söhbətlər aparsın və onların ailələrində uzun müddətdən bəri davam edən dava-dalaşın, ailə-məişət zəmnində davam edən narazılıqların qarşısını ala bilsin. Elə ki, Yusif Bağırov qohumu ilə bir neçə saat söz-söhbət aparır və iki övladının, həyat yoldaşının qayğısına qalmağı, evlərinə aid problemlərin həllinə çalışmasını Rauf Əliyevə bildirir, o zaman o, Yusif Bağırovun tərbiyəvi tövsiyyələrini ailə işlərinə müdaxilə kimi qiymətləndirir, hətta özünü təhqir olunmuş şəxs də hesab edir. Çox keçmir ki, o, həyat yoldaşımı yaşadığı mənzilinin həyətində itələyərək yıxır, alçaldıcı ifadələrlə təhqir edir və ilk əvvəl taxta parçaları ilə onu bərk döydükdən sonra, mətbəx buçağı ilə onun bel nahiyəsindən, baş hissəsindən və döş qəfəsindən bir neçə dəfə buçaq xəsarətləri yetirir. Həyat yoldaşım neçə illərdir ki, qara ciyər serrozu xəstəliyindən əzab çəkdiyindən, yəni səhhətində ciddi problemləri olduğundan, həmin Rauf Əliyevə heç bir müqavimət göstərə bilmir və həyətdə üzü üstə yerə yıxılır. Aldığı buçaq yaralarının varlığına baxmayaraq, Yusif Bağırov qaçıb canını qurtarmaq istəsə də, Rauf Əliyev onu heç cür buraxmır. Belə olan halda o, yemək stolunun üstündəki mətbəx buçağını birtəhər ələ keçirə bilir və özünü müdafiə məqsədilə buçağı Rauf Əliyevə tərəf ataraq həyətdən bayıra çıxa bilir. Yenə qeyd edim ki, həmin vaxt həyat yoldaşım yalnız özünü müdafiə məqsədilə belə bir addımını atır vəərazidən uzaqlaşdığından, hadisədən sonra nələrin baş verməsindən xəbərdar olmur. Yalnız Rauf Əliyevin şəxsi avtomobilinə minərək ərazidən uzaqlaşdığını görür. Elə ki, səhəri gün Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılır, o zaman bilir ki, Rauf Əliyev aldığı buçaq xəsarəti səbəbindən xəstəxanaya gedərkən yolda qan itirərək dünyasını dəyişir. Onu da bildirim ki, baş verən hadisə ilə bağlı Sabunçu rayon hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən aparılan araşdırmalar birtərəfli qaydada aparıldı, məhkəmə hakimləri isə işin hallarını lazımınca qiymətləndirmədən, Yusif Bağırovu AR-CM 126.3-cü maddələri ilə təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum etdilər. Hansı ki, dünyasını dəyişən mərhum Rauf Əliyevin övladları və həyat yoldaşı “ölüm hadisəsində günah Rauf Əliyev də olub” deyə yazmış olduqları izahatlarını notarial qaydada təsdiqlədərək, aidiyyəti üzrə də təqdim etsələr də, bir kimsə onların təsdiqlədikləri izahatlara məhəl qoymadılar. Hal-hazırda o, cəzasını Qaradağ rayonu ərazisindəki 13 saylı cəzaçəkmə müəssisəsində çəkməkdədir.

Onu da bildirim ki, Əliyev Rauf Mikayıl oğlu hələ sağlığında ikən azyaşlı oğlan uşağına təcavüz etdiyinə görə 8 il müddətinə, taksi sürücüsünə qarşı olduqca quldurluq edərək onun başını kəsdiyinə görə 12 il müddətinə, narkopriton saxladığına görə 3 il müddətinə, narkotik maddələrin alverinə görə 2 il müddətinə, narkotik maddələrin istifadəçisi olduğuna görə isə daha 2 il müddətinə azadlıqdan məhrum edilən şəxs olmuşdu. Bir sözlə, bu şəxs cəmiyyətimiz üçün olduqca təhlükəli şəxs idi. Bütün bunları qeyd etməkdə məqsədim, dünyasını dəyişmiş Rauf Əliyevin hansı əməl sahibi olmasını hər kəsin diqqətinə çatdırmaqdır.

Artıq həyat yodaşımın həbs olunduğu vaxtdan 2 il 7 aydan bir qədər çox vaxt keçib. Ötən müddət ərzində səhhətində əmələ gələn ciddi problemlərinin varlığı, onun vəziyyətini olduqca ağırlaşdırıb. Çünki, o, hələ həbs olunmamışdan öncə də qara ciyər serrozu xəstəliyindən əziyyət çəkirdi. Biz bir neçə dəfə müxtəlif məhkəmə instansiyalarına müraciət edib, işin hallarının lazımınca araşdırılmasını, işə obyektiv baxılmasını xahiş etsək də, təəssüflər olsun ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2016-cı il tarixdə Yusif Bağırovla bağlı çıxarmış olduğu məhkəmə hökmü qüvvədə saxlanıldı. Bütün bunlara baxmayaraq, biz hələ də ümidimizi itirməmişik. Çünki, həyat yoldaşımın həbsi ilə bağlı növbəti məhkəmə prosesi 6 mart 2018-ci il tarixdə saat 16:00-da Ali Məhkəmədə hakim İmran müəllimin sədrliyi ilə keçiriləcək. İnanırıq ki, həmin gün məhkəmə hakimləri işin hallarının hərtərəfli və obyektiv araşdırılması və ədalətli məhkəmə hökmünün çıxarılması yöndə addımlarını atacaqlar”. Mövzunu diqqətdə saxlayacağıq.