backend

HAQSIZLIQ!

HAQSIZLIQ!
















Hörmətli Fikrət müəllim!

Mən, 16 fevral 2018-ci il tarixdə Sizin elektron ünvanınıza, mənə qarşı Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən edilən haqsızlıqlar barədə şikayət məktubu göndərmişdim. Cavab olmadığı üçün təkrar,23 mart 2018-ci il tarixdə bir də göndərdim. Həmin məktubda qeyd etmişdim ki,Hüseynbəyli Təbriz Famil oğlunun məni aldadaraq ələ keçirdiyi yüz min manat məbləğində pul vəsaitimin mənə qaytarılması ilə bağlı məlum şöbədə olan icra sənədi beş ildən çoxdur ki, bir manat da olsun icra edilməmişdir.Təbrizi, bir dəfə məhkəmənin qərarı ilə on sutka həbs də etmişlər. Lakin o,yenə nəticə çıxarmaq istəməmişdir. Belə ki, yaşadığı öz adına evi, iki maşını olduğu halda, eləcə də maşınlara mənə olan borcuna görə həbs qoyulduğu halda, yenə də, onu çağırıb "gözün üstdə qaşın var" deyən yoxdur .
Nəhayət, cana doyaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Təbriz Hüseynbəylinin tapılaraq, Yasamal rayon icra və probasiya şöbəsinə təhvil verilməsi məqsədi ilə müraciət etdim. Təbrizin gizləndiyini deyən icra məmurunun əvəzinə mən onun faktiki ünvanını polis əməkdaşlarına bildirdim və onlar operativ şəkildə Təbrizi Yasamal rayon icra və probasiya şöbəsinə təhvil verdilər. Təsəvvür edin ki, Təbriz mənim tələbimi qərəzli şəkildə icra etmədiyinə görə bundan əvvəl on sutka həbs edilmişdi. İndi ona daha sərt cəza müəyyənləşdirilməliydi. Lakin icra məmurunun məhkəməni qəsdən yanlış məlumatlandırması ucbatından Təbriz 500 manat cərimə ilə yaxasını qurtararaq, yenə guya gizləndi. Halbuki, mən sizə yazaraq, onun cinayət məcəlləsinin 306 -cı maddəsi ilə cəzalandırılması üçün artıq bütün əsasların olduğunu qeyd etmişdim.

Hörmətli Fikrət müəllim!

Mən, əvvəlki şikayət məktubumda ,həmçinin, özümün də başqa insanlara borcum olması barədə məlumat vermişdim. Bildirmişdim ki,Binəqədi rayon icra və probasiya şöbəsində mənim ,icra məmurlarında başqa adamlara borclarım olması barədə icra sənədləri vardır. Buna görə də, Sizdən xahiş etmişdim ki, Yasamal şöbəsi ilə Binəqədi şöbəsində olan işlər vahid icrada birləşdirilərək, tədbirlər həyata keçirilsin. Bunu da, ona görə yazmışdım ki, Yasamal icra şöbəsi mənim yüz min manat pulumun alınaraq mənə verilməsi üçün heç bir tədbir görmədiyi halda, Binəqədi şöbəsində məni tam dalana dirəyiblər.Belə ki,icra məmuru Aqil Cəbiyev, mənə bir dəfə də olsun, zəng edərək şöbəyə çağırmadığı halda, ünvanıma rəsmi məktub almadığım halda, məni məhkəməyə verərək, məcburi gətirilmə qərarı çıxartdırmışdır. Binəqədi rayon polis idarəsindən məni telegonla çağıran kimi təəccüb etdim və könüllü olaraq getdim. Mənim borclu olmağım barədə digər icra sənədinin icraatçısı olan Nəbi adında icra məmuru da mənimlə eyni cür davranmaqdadır.Nəbi, indiyədək məndən xeyli miqdarda pul almış, lakin onları borclu olduğum adama ödəmək əvəzinə mənimsəmişdir. Mənim ona pulları verməyim barədə şahidlərim də vardır. İndi isə yenə pul istəyir. Pul olmayan kimi, guya çağırışa gəlmirəm adı ilə, mənə qarşı inzibati tədbir görür. Halbuki, onun telefon zənglərini yoxlasanız, mənim həmişə intizamlı olmağım aşkar olunar.
Beləliklə, mən eyni nazirliyin tabeliyində olan,eyni missiyanı yerinə yetirən iki icra şöbəsi arasında qalmışam. Birində mənə olan borcun alınaraq ödənilməsinə qəsdən səhlənkar yanaşılır, digərində isə məni təhdid edərək, özlərinə qazanc əldə edirlər. Halbuki, bu-hər ikisi mənə aid olan icra işləri vahid icrada birləşdirilsəydi,daha məqsədəuyğun olardı. Təsəvvür edək ki, məni Binəqədi icra və probasiya şöbəsi ödəniş edə bilmədiyimə görə cəzalandırır, amma Yasamal şöbəsinin icra məmurunun səhlənkarlığından, mən Təbrizdən pul ala bilmirəm ki, borclarımı Binəqədi şöbəsində olan icra sənədlərinə yönəldim.
Odur ki, təkrarən Sizdən xahiş edirəm ki, mənə aid olan Yasamal və Binəqədi rayonları üzrə icra və probasiya şöbələrində olan işlərin birləşdirilərək icra edilməsinə göstəriş verəsiniz.
Həmçinin, Binəqədi və Yasamal şöbələrində mənə qarşı haqsızlıq etmiş icra məmurları barədə tədbirlər görəsiniz.

Hörmətlə; Quliyev Nadir Nuruş oğlu
Tek;0502833545
Ünvan; Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi ev 7Q