backend

Rusiyada ticarət mərkəzində yanğında ölənlərin sayı 53-ə çatdı — YENİLƏNİB

Rusiyada ticarət mərkəzində yanğında ölənlərin sayı 53-ə çatdı — YENİLƏNİB














Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
Yanğın nəticəsində ölənlərin sayı 53-ə çatıb.

Başqa bir rus KİV-inin məlumatına görə, bir orta məktəbin “5A” sinfinin şagirdlərinin hamısı itkin düşüb.

***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

“Ölkə.Az” xəbər verir ki, son məlumatlara əsasən, yanğın vaxtı 48 nəfər həlak olub. Onlardan 9-u uşaqdır. 16 nəfər isə itkin düşüb.

Kemerovo şəhərində həlak olanlar bölgə büdcəsi hesabına dəfn ediləcək. Xəsarət alanlardan 12-si xəstəxanadadır. Onlardan ikisinin vəziyyəti ağırdır. 36 nəfər isə ambulator müalicəyə buraxılıb.