backend

Rusiya Qafqazda yerləşən qoşunlarını yeni silahlarla təchiz edir

Rusiya Qafqazda yerləşən qoşunlarını yeni silahlarla təchiz edir






















2014-cü il ərzində Cənubi hərbi dairəsində 70 ədəd hərbi texnika çatdırılıb.

Şimali Qafqazda yerləşən Cənubi hərbi dairəsi (CHD) ümumqoşun ordusu ilin sonuna qədər 250 ədəd ən yeni və xüsusi texnika alacaq, qaynarxett.az RİA-Novosti-yə istinadən xəbər verir.

CHD motoatıcı birləşmələri yeni “Borisoqlebsk-2”, “İnfauna” və “Leer-2” radioelektron mübarizə kompleksləri, səyyar rəqəmsal radio stansiyaları, “Redut” əlaqənin idarəetmə məntəqəsi, eləcə də digər hərbi və xüsusi texnika əldə edəcək.

“Cari ilin sonuna qədər Şimali Qafqazda yerləşən Cənubi hərbi dairəsinin ümumqoşun ordusu ilin sonuna qədər 250 ədəd ən yeni və xüsusi texnikanın çatdırılması planlaşdırılır”, - məlumatda deyilir.

2014-cü il ərzində CHD-yə 70 ədəd hərbi texnika çatdırılıb. Bura avtomobil və zirehli texnika, radioelektron mübarizə texnikası, radiokimya və bioloji müdafiə, tibbi xidmət, saper-mühəndis qoşunları üçün avadanlıqlar daxildir.