backend

Qazax sakinləri nədən narazıdır? - Bələdiyyə lazımi tədbirləri görmür

Qazax sakinləri nədən narazıdır? - Bələdiyyə lazımi tədbirləri görmür
















Qazax rayon I Şıxlı kəndinin mərkəzi zibilxanaya çevrilib.

Kənd sakinləri ərazinin neçə vaxtdır ki, zibildən təmizlənmədiyini bildirirlər.

Cebhe.info-ya verilən məlumata görə, artıq uzun müddətdir ki, bununla bağlı şikayətlərə baxılmır.

Bələdiyyə lazımi tədbirləri görmür.

Məsələ ilə bağlı yerli icra orqanlarına, hətta Qazax rayon İcra Hakimiyyətinin başçısına müraciət olunacağı bildirilir.

Ərazidən çəkilən şəkillərdə isə kəndin mərkəzinin zibilxanaya çevrildiyi açıq şəkildə görünür.