backend

"MedEra" Klinikasının həkimindən biabırçılıq - GİLEY

"MedEra" Klinikasının həkimindən biabırçılıq - GİLEY
















Bakıda "Med Era" klinikasında Əli Quliyev adlı biri var, ondan gördüyüm insanlıq faciəsini, rəzaləti heç yerdə görmədim! İki gündür sudurqa altda olan uşağı bunun yanına qaçırtmışam. 10-15 dəqiqəlik qəbulu 50 azn-dir. Bu heç. Əvəllər də yanında olmuşduq, bir-iki dost da təriflədi deyə məcbur ona üz tutduq. (Görünür pul "öz işini görüb" bu zaman içində). Üstümdə yeganə vəsait ancaq kartda qalmışdı, neçə gündür digər həkimlərə baş vurma səbəbindən nəğd yoxum idi. İndi bu klinikanın ödəniş terminalında nə baş verdisə kartdan çıxara bilmədilər (kartımda pul var). Allahdan kassadakı xanım möhürü vurub, üstünü yazdı ki "əsas həkim uşağa baxsın tez, çıxanda bir tin kənarda bankomat-dan çıxararsız, problem deyil". Qalxdım Əli Quliyevin yanına, otağının qarşısında qəbzi verib növbəmizi gözlədim. Düz 40 (qızdırmalı balacailə) dəqiqə gözlədəndən sonra, Quliyev içəridən kağıza baxıb ultimatum verir ki, "yalnız pulunu keçirtdikdən sonra uşağa baxa bilərəm, buraxmayın, qaytarın getsin bankomat tapıb ödəsin", qəbul etmədiki belə nisyə məsələlərə vactı yoxdu, mane olmayım (!) və sair.
Bilirsiniz, mən heç nə demirəm. Onsuzda hər bir ata mənim nə keçirdiyimi, bu hissin nə demək olduğunu anlayır. Heç pullu xidmətdən də şikayətçi deyiləm. Zatən kassadan məni arxayın edib yuxarı göndərməsələr, gedib bir yerdə tapıb çıxaracaqdım kartdan. Məni hər 15-20 dəqiqəsi 50 manat olan bir tibb işçisinin, bir təcili ona ehtiyacı olan uşaq üçün hələ də həkim ola bilməməsi dəhşətə gətirdi. O sadəcə 15-20 dəqiqə səbr etməliydi, amma tamah imkan vermədi. Biraz düşük səslənsə də (bunu yaşamayan bilməz), o qədər usandım ki bu söhbətlərdən artıq heç cəhd etmərəmi bu uşağın sağalmasına. Böyüyüb, əsgər olub tibbdəki bu bazarkomu qoruyacaq? Axı o 15 dəqiqəlik 50 manat gözləyə bilmıdiyi üçün bunu qorumadı.

Mübariz Aslanov, APA-nın müxbiri

Redaksiyadan: Biz də Moderator.az olaraq həmkarımıza qarşı bu rəzaləti şiddətlə qınayır və klinikanın rəhbərliyindən, eləcə də Səhiyyə Nazirliyindən Hippokrat andını, eləcə də milli - mənəvi dəyərlərimizi heçə sayan bu ağ xalatlı şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş edirik. Həmkarlarımızı bu məsələdə həmrəyliyə çağırırıq və belə bir rüsvayçılığın bir daha məmləkətin heç bir səhiyyə ocağında təkrarlanmaması üçün ictimai qınağa dəvət edirik.

Mövzunu diqqətdə saxlayacağıq...