backend

“Azəriqaz”: Daha qış-yay mövsümü yoxdur

“Azəriqaz”: Daha qış-yay mövsümü yoxdur






















347 bənddən ibarət tədbirlər planı hazırlanaraq təsdiq olunub.

Hazırda “Azəriqaz”da sovet dövründəki kimi qış-yay mövsümü yoxdur. İndi istər əhali, istərsə də qeyri-əhali sektoruna qazın verilişi tələbata uyğun olaraq tənzimlənir. Amma noyabr ayının 15-dən qazanxanalar fəaliyyətə başlayacağından verilən qazın həcmi artırılacaq.

qaynarxett.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.

Onun sözlərinə görə, qış mövsümünün gəlişi ilə bütün tədbirlər görülüb:

“Aprel ayında 2014-2015-ci illərin payız-qış mövsümündə problemlər meydana gəlməməsi üçün 347 bənddən ibarət tədbirlər planı hazırlanaraq təsdiq olunub. Ümid edirik ki, abonentlərimiz üçün ciddi bir problem yaranmayacaq”.