backend

 Neftçalada vəziyyət uruscadır... - Sahibkarlar preizdentə müraciət etdi

 Neftçalada vəziyyət uruscadır... - Sahibkarlar preizdentə müraciət etdi













Prezidentin məlum şıxışından sonra bu gün bir qrup sahibkar və fermer Neftçalada kənd təssərrüfatı sahəsində yaranmış vəziyyətlə bağlı ölkə prezidentinə müraciət ünvanlayıb. Azerinfo.az bildirir ki, bu barədə saytımıza daxil olan həmin müraciəti təqdim edirik:

“Möhtərəm prezidentimiz!

Afrika və Cənubi Amerka meşələrində məskunlaşmış bu canlı qəribə xüsusiyyətə malikdir, düşdüyü şəraitə uyğunlaşan bu heyvan öz dərisinin rəngini həmin şəraitə uyğun dəişərək təhlükəsizliyini təmin etməklə öz canını qoruyur. Onun bu xasiyyətini bəzi “zirək” insanlar da mənimsəyərək eyni ilə düşdükləri mühitə uyğunlaşıb məharətlə maskalana bilirlər...

Biz hal-hazırda adını “YAP”-cı qoyub müəyyən səlahiyyətli vəzifələri mənimsəmiş adamları nəzərdə tuturuq. Bunlar dünənki təxribatçı əməllərini pərdələyərək bu gün xüsusi canfəşanlıq göstərməklə özlərini prezident seçkilərində İ.Əliyev tərfdarı kimi göstərməklə öz şəxsi təhlükəsizliklərini təmin etməklə məşğuldurlar. Əslində isə belə deyil, öz şəxsi mənfəətlərini güdən, şəxsi ambisayalarını həyata keçirən bu “buqəlmun”lar üçün həyatda müqəddəs heç bir şey yoxdur, sabah sovetlərin imperiyası bərpa olunaraq hakimiyyətdə təmsil olunsalar belə, bunlar tez bir zamanda xarici cilidlərini dəyişərək öz mənfeyləri xatirinə onların qulluqlarında canla-başla duracaqlar.

İndi əsil mətləbə keçərək Sizin nəzərinizə Neftçalada fəaliyyət göstərən “buqəlmun”lara başçılıq edən rayon İcra Hakimiyyətininin başçısı İsmayıl Vəliyevin dünənki əməllərindən söz açmaq istərdik. Məlumdur ki, ölkə başçısı olaraq, Siz ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq məqsədi ilə kənd təsərrüfatının dirçəldilməsinə qərar vermisiniz. Bununla əlaqədar bizim rayonda pambıqçılığın inkişafı üçün müəyyən işlər görülür. Ancaq Sizə bildirək ki, İ.Vəliyevin pambıqçılığın inkişafı adı altında gördüyü bütün işlər gözdən pərdə asmaq və şəxsi gəlir əldə etmək məqsədi daşıyıb. Bunu onun əməlləri sübut edir.
İ..Vəliyev nə edib? O, rayon ərazisindəki qış otlaqlarını başdan başa şumlatdıraraq yararsız, su çıxmayan yerlərə pambıq əkdirdi. Nəticəsi isə belə oldu: 11111 hektar pambıq sahəsindən 8000 ton pambıq məhsulu əldə edildi.

İndi icra başçısı iradlara qarşı iddia edir ki, bizim rayonda pambıq əkinin prespektivi yoxdur. Halbuki Sovet dönəmində Neftçala rayonu pambıqçılıq sahəsində böyük uğurlar əldə edirdi. İ.Vəliyevin pambıqçılıqdan heç nə anlamadan verdiyi qərarlar sahibkarlara və dövlət büdcəsinə külli miqdarda ziyan vurdu. Qeyd edək ki, pambıq əkini altına alınaraq şumlanmış qış otlaq sahələrini icarəyə götürmüş şəxslərin ödədikləri icarə haqqları hesabına rayon büdcəsinə yüz min manatlarla vəsait daxil olurdu. Lakin İ.Vəliyev Neftçalanı bu gəlirlərdən məhrum etməklə yanaşı, heyvandarlıqla məşğul olan fermerlərə də külli miqdarda ziyan vurdu.

Möhtərəm prezidentimiz!

Siz həmişə deyirsiniz ki, məmurlar xalqı incitməməlidirlər,onlar xalqın qulluqçularıdırlar. İcra başçısı İ.Vəliyev isə xalqla görüşdən qaçır, o xalqadan “iyrənir”, onu yalnız özünə xeyri olan işlərin arxasında görmək mümkündür. O, sahibkarların fəaliyyətlərinə hər vasitə ilə maneçilik törədir, kənd camaatının isə münbit torpaqlarını onların əlindən alır. Onun qəbuluna düşmək böyük problemdir.

Vaxtı ilə balıqçılıqda ad çıxarmış bu rayonun bu sahədəki uğurlarının üstündən qara xətt çəkildi. Rayon ərazisində fəaliyyət göstərmiş bir neçə balıqçılıq təsərrüfatları dağıdıldı, onların mülkiyyətlərində olan maşın, mexanizm və avadanlıqlar yoxa çıxarıldı. Rayonun mədəniyyət, təhsil, səhiyyə sahələri özbaşına buraxılmaqla bərbad hala salındı.

Neftçala camaatının böyük narazılığına səbəb olmuş rayon mərkəzi bazarının yerinin öz şəxsi mənafeyi xatirinə dəyişdirilməsinə edilən cəhdlər onun hansı bir məqsədə xidmət etməsinin əyani sübutudur. Bir ildən yuxarıdır ki, dövlətin xeyli vəsaiti hesabına inşa edilmiş rayon mədəniyyət sarayının dam örtüyünü külək dağıdıb. Yağan yağış suları dağılmış hissədən içəri daxil olaraq daha böyük fəsadlara yol açmaqdadır, rayon rəhbəri isə buna göz yumur və yaxud görmək istəmir. Bütn bu nöqsan və çatışmamazlıqlar başda rayon gəncləri olmaqla neftçalalılarda YAP-ın rayon təşkilatına qarşı inamsızlıq yaratmaqdadır.

İ.Vəliyevin rayonda yürütdüyü uğursuz kadr siyasəti nəticəsində heç bir şəxsi təsəbbüşü ilə fərqlənməyən şəxslər irəli çəkilir, iş bacaranlar isə öz vəzifələrindən uzaqlaşdırılırlar. Yerli özünüidarə orqanları olan bələdiyyələr yazıq hala salınmış, onlara məxsus torpaqlar yeni peyda olmuş Əlihüseyn adlı quldur vasitəsi ilə “hərraca” qoyularaq, ona-buna satılmaqdadır.

Möhtərəm prezidentimiz!

Bilirik ki, sabah sizin Neftçalaya səfəriniz gözlənilir. Bizlər sizi alqışlayır və yürütdüyünüz siyasəti dəstəkləyirik. Eyni zamanda sizdən xahiş edirik, seçkidən sonra bizi İ.Vəliyev bəlasından qurtarın”.

Qeyd edək ki, rəsmi statistikaya əsasən Neftçala rayonu pamıqçılıq sahəsində ölkə üzrə sonuncu yeri tutub və hektara 8,2 sentner məhsul toplanılıb.