backend

Gəncə Dövlət Universitetində rüşvət və xaos

Gəncə Dövlət Universitetində rüşvət və xaos
















Rektor Yusif Yusifov açıq bazar yaratmaqla yanaşı, həm də vaxtı ilə ona qarşı çıxmış müəllimləri də cəzalandırmağa başlayıb

Gəncə Dövlət Universitetində narazılıq dalğası genişlənməkdədir. Bu ali məktəbdə baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumata görə yeni rektor Yusif Yusifov açıq bazar yaratmaqla yanaşı, həm də vaxtı ilə ona qarşı çıxmış müəllimləri də cəzalandırmağa başlayıb. Verilən məlumata görə, hər işin başını rüşvətə bağlayan rektor universitetin nizamını və tədris qaydalarını pozmuş, həmçinin mənəvi dəyərləri ayaqlar altına atmışdır. Belə ki, Yadigar Əliyevin zamanında pedaqoqa yaraşmayan hərəkətlərinə və rüşvətxorluguna görə vəzifədən alınan Asif Cavadov yenidən Yusif Yusifovun təqdimatı ilə tərbiyə işləri üzrə prorektor təyin olunub. Müxtəlif qəzetlərə verdiyi müsahibələrdə bu adam 13 ay işsiz oldugunu iddia etmişdir, halbuki vəzifədən alındıqdan sonra da universitetin tam ştat dosenti olmuşdur. Yadigar Əliyevi öz müsahibısində bacarıqsız, rüşvətxor adlandıran bu şəxsin işlədiyi sahə ilə əlaqəsi belə yoxdur.
Gəncə Dövlət Universitetində tələbələrin ənənəvi qayda ilə-dekanlarla "centlimen razılaşma” əsasında-semester boyu dərsə gəlməmələri kütləvi hal alıb. Xüsusi ilə də magistratura şöbəsində bu hal biabırçı şəkil alıb. Universitetdəki mənbəmizin "xeberinfo.com”a verdiyi məlumata görə şöbə müdiri Emin Yaqubov magistrlərlə bir semester "məzuniyyətləri” qarışılığında 500-600 məbləğində razılaşır. Semester imtahanları da eyni məbləğlə həll olunur. Beləliklə də bir magistr il boyu 2000-2400 "tərləməli” olur.
Bundan əlavə mənbəmiz magistratura ilə bağlı digər bir maraqlı faktı açıqladı. Belə ki, sən demə Gəncə Dövlət Universitetində magistratura ilə bağlı məlum baza da yoxdur. Söhbət yalnız maddi-texniki bazadan yox, bu işdə daha da vacib sayılan professor-müəllim heyətindən gedir. Məlumata görə məhz bu səbəbdən də magistrlər Gəncədəki digər ali təhsil ocaqlarında-Gəncə Aqrar Universitetində, Gəncə Texnologiya Universitetind-dərs keçməli olurlar.
Verilən məlumatda deyilir ki, bütün fakültələrdə biabırçılıq baş alıb gedir. Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov Yadigar Əliyevin zamanında tələbələrdən rüşvət istəməyə cəsarət etməsə də, Yusif Yusifov rektor təyin olunduqdan sonra tələbələrdən açıq şəkildə rüşvət tələb edir. Əjdər Əsgərov hər bir imtahana görə tələbələrdən 50-70 manat məbləğində rüşvət istəyir. Dekan açıq şəkildə tələbələrə bildirir ki, bu pulu verməyənlər imtahanlardan bütün hallarda kəsiləcəklər. Mənbənin bildirdiyinə görə əvvəllər hər semesterdə tələbələrə testlərin sualları təqdim olunurdusa, indi bu sualları tələbələrə vermirlər. Bunun əvəzində isə tələbələrdən dekan qiymət üçün rüşvət tələb edir. Tarix və xarici dillər fakültəsində dövlət imtahanı və diplom işi üçün tələbələrdən 700 manat tələb olunur. Kafedra müdiri Sevda Kazımova tələbələrə deyir ki, hara istəyirlərsə şikayət edə bilərlər. Bütün hallarda pulunu verməyən tələbə diplomunu ala bilməyəcək. Kollokviumlar üçün isə Sevda Kazımova tələbələrdən 50 manat tələb edir.
Filologiya fakültəsində dekan Mübariz müəllimin tamahı o qədər güclüdür ki, imtahan və kollekviumların pulu ilə gozü doymur, tyutor vəzifəsinə təyin etdiyi sevimli laborant «xanımın» əli ilə tələbələrdən pərdə, jalüz, xalça üçün pul yığır.
Yenə də tələbələrə «aylıq” pul müqabilində dərsə girməməyə izin verirlər. Yadigar müəllim «aylığa” icazə vermədiyindən tələbələr dərsə gəlirdilər, davamiyyət yaxşı olurdu. İndi imkanlı tələbələr dərslərə yenə gəlmirlər, aylıga, hətta 5 manatdan günlüyə çıxırlar. İmtahanlar əvvəl test formasında aparıldığına görə müəllimlər pul yığa bilmirdilər. Amma indi imtahanları yazılı şəkildə aparmagı qərara alıblar.
Rüşvət tələblərindən rektora və yaxud digər məsul şəxsə şikayət etmək qeyri mümkündür , bu haqda heç kimə bir söz demək olmur. Tələbə üçün elə həmin anda tədbir görürlər. Rektora şikayət etmək olmur, olsa da heç kimi eşitmir. Həftələrlə getsələr də rektor tələbələri qəbul etmir Ancaq Yadigar müəllim bu məsələlərdə çox diqqətli idi. Hər tələbəyə vaxt ayırıb, dinləyib lazımi tədbirlər görürdü. İndi isə imtahanda və ya kollokviumlarda şikayət edən tələbəyə dolayı yolla problem yaradılır.
Universitetdə Yadigar Əliyevin zamanıda rüşvətin ortadan qaldırılmasında ona yardımçı olan peşəkar müəllimlərin, habelə Yadigar Əliyevə yaxın olan müəllimlərin dərs saatları azaldılır, vəzifələrdən çıxarılır və yeni rektor həmin müəllimlərə hər vasitə ilə təzyiq etməyə çalışır. Yeni rektor vaxtilə Yadigar Əliyevi müdafiə məqsədi ilə mətbuatda yazılmış müraciəti imzalamaqla, onun rektorluğuna gedən yolu kəsmək istəyən kollektiv üzvləriylə «haqq-hesab»çəkmək niyyətini də gizlətmir. Yusif Yusifov mərhələlərlə həmin müraciətin müəllifləri — professor Həsənbala Sadıqov, professor Vaqif Novruzov, professor Şaiq Məmmədov, professor Telman Quliyev, dosent Elçin Cavadov, dosent Yaqub Cəfərov, dosent Niyazi Quliyev, dosent Şahin Xurşudov, dosent Zakir Zeynalov, dosent Emin Yaqubov, dosent Cabbar Qarayev, dosent Teymur İsmayılov, dosent İlqar Cabbarov, dosent Rasim Hüseynov, dosent Elxan İsmayılov, dosent Sabir Əliyev, dosent Bayram Apoyev, dosent İsfəndiyar Allahverdiyev, dosent Zakir Ələsgərov, dosent Cəfər İbrahimov, dosent Rizvan İmanov, dosent Mərdan Məmmədov, dosent İsax Mahmudov, baş müəllim Cavid Bağırzadə, baş müəllim Elman Məhərrəmov, baş müəllim İlham Məmmədov və başqalarına qarşı təzyiq planlarını işə salır.
Əldə etdiyimiz məlumatlarda hörmətli rektorun tədrisdən kənar macəraları da yer alır. Bu faktların xüsusi ilə həssaslığını nəzərə alıb, lazımı dəqiqləşmələr aparırıq.


Ardı var

Gəncə Dövlət Universitetində rüşvət və xaos