backend

Bələdiyyə sədri yolu satıb – Sakinlər qanuni ərazilərinə gedə bilmir

Bələdiyyə sədri yolu satıb – Sakinlər qanuni ərazilərinə gedə bilmir













Abşeron rayonunda vəzifəli şəxslərin qanunsuz torpaq satmaları ilə bağlı daha bir biabırçı fakt ortaya çıxıb

Regionpress.az bildirir ki, bu barədə BakuPost-a Hökməli qəsəbəsindəki At yalı adlandırılan ərazidə torpaq sahibi olan şəxslərin qanuni nümayəndəsi, Qarabağ veteranı Rafiq Abışov məlumat verib. O bildirib ki, nümayəndəsi olduğu şəxslər – Abışova Səkinə Nəbi qızı (həm də həyat yoldaşıdır – red.) və Rəhimova Minayə Cəlal qızı həmin ərazidən ayrı-ayrılıqda hərəsinə 6 sot torpaq alıb. Torpağı alarkən ölçüb-biçilib, hər biri 6 sot olan torpaq bələdiyyə tərəfindən sənədləşdirilib. Sonra onların sənədinin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsindən torpağın hər birinə “Çıxarış” (“Kupça”) alınıb. O zaman Abşeron Bələdiyyəsinin sədri Mirdaməd Miradiyev olub. Lakin M. Miradiyev “Sevil massivi işi”nə görə həbs olunduqdan sonra onların torpaqlarına gedən yol başqa şəxslərə satılıb: “Onun yerinə oğlu Mirəziz Miradıyev seçildi. Bələdiyyə işçiləri bizim torpağa gedən aşağı və yuxarı yolları ayrı-ayrılıqda satıb. Məndə olan məlumata görə, yuxarı yol 1800 manata, aşağı yol isə 3000 manata satılıb. İndi biz öz torpaqlarımıza gedə bilmirik. Çünki yolun üstündə ev tikilib. Halbuki biz torpağı alanda gəldilər, ölçüb-biçdilər, məlum oldu ki, aşağı və yuxarı yol hər biri 8 metr enindədir. Bizə “kupça” verdilər. İndi həmin yollar satılıb və üstündə ev də tikilib. Biz də öz torpağımıza gedə bilmirik. Mən Qarabağ müharibəsi veteranıyam. Binadakı evimi satıb gedib ordan torpaq aldım ki, rahat yaşayım. Həyətdə rahat nəfəs alım. Bina evlərində nəfəs ala bilmirəm. Bu da belə çıxdı”.
Abışova Səkinə Nəbi qızı və Rəhimova Minayə Cəlal qızı məsələ ilə bağlı Abşeron rayon Məhkəməsinə müraciət edib. Birinci instansiya məhkəməsi iddiaçıların xeyrinə qərar çıxarıb və işi icraata verib. Qətnamədə deyilir: “Rəhimova Minayə Cəlal qızına və Abışova Səkinə Nəbi qızına məxsus torpaq sahələrinə gediş-gəliş yolu üzərində aparılmış tikililər cavabdehlər Qoçuyev Eyvaz Məhəmməd oğlunun və Məmmədova Həqiqət Mülkalı qızının hesabına sökülsün, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gediş-gəlir yolunun bərpası Abşeron rayonu Hökməli bələdiyyəsinə həvalə olunsun”.

Bələdiyyə sədri yolu satıb – Sakinlər qanuni ərazilərinə gedə bilmir









Bundan sonra iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gediş-gəliş yolu bərpa olunub. Lakin Sevinc Quliyevanın sədrlik etdiyi prosesdə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib.
“Hakim Sevinc Quliyevanın vaxtında ekspertiza keçirilib. Mən orada iştirak etməmişəm. Onun sədrliyi ilə olan məhkəmələrdə yalnız mən və Məmmədova Həqiqətin nümayəndəsi Vaqif müəllim olub. Ondan başqa məhkəmə proseslərinə nə bələdiyyə nümayəndələri, nə onların hüquqşünası, nə Qoçuyev Eyvazın özü və nümayəndəsi, nə ekspertlər qatılıb. Buna baxmayaraq? mən vəsatət qaldırdım ki, müstəqil ekspert təyin olunsun. Bütün digər ekspertlərlə birlikdə bu məsələ araşdırılsın. Lakin buna baxmayaraq? mənim vəsatətim sənədlərin arasından çıxarılıb. Mən bundan xəbərsiz olmuşam. Mənə də deyirlər ki, elə bir vəsatət olmayıb. Hakim tərəfindən heç bir yerli baxış keçirilməyib. Özü də torpağa getməyib. 2017-ci ilin 26 iyul tarixində keçirilən prosesə gəldim. Orada hakim qətnamə çıxarıldığını və həmin ərazidə yol olmadığını bildirdi. Prosesin bitdiyi elan olundu. İndi iş Sumqayıt Apellyasiya Məhkəməsindədir. İddiaçı tərəf bizik. Hakim ekspertiza təyin etmiş, lakin həmin ekspertlər eyni şəxsrlə olduğuna görə mən ekspertizanın keçirilməsinə etiraz edirəm. İndiyə qədər ekspertiza olmayıb. Yenə də müstəqil ekspertizanın olması üçün vəsatət qaldırmışam. İş icraatda olduğuna görə hələ nəticə yoxdur”, – deyə şikayətçi bildirib.
R. Abışov məhkəmənin qərəzli olduğunu deyir və o, bununla bağlı bəzi dövlət idarələrinə müraciət edib: “2015-ci ilin iyul ayından proses gedir. Amma mən bu qədər müddət ərzində məhkəmələrdə ədalət tapa bilməmişəm. Gediş-gəliş yolunu qeyri-qanuni satanlar məsuliyyətə cəlb olunmaq əvəzinə, məni neçə ildir, get-gələ salıblar. Abşeron məhkəməsi sanki bələdiyyənin nəzdindədir və onun heç bir səlahiyyəti yoxdur. Qanunsuz verilən sənədləri təsdiq edə-edə gedirlər. İşin gedişatı qərəzli olduğuna görə, mən ölkə rəhbərliyinə və digər məsul şəxslərə müraciət etmək məcburiyyətində qalmışam. Lazım olan bütün sənədlər də əlimdə var və təqdim edə bilərəm”.
Qeyd edək ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli Qanunun tətbiqi barədə sərəncamından sonra torpaqların qeyri-qanuni satışına görə cəzalar sərtləşdirilib. Belə ki, yeni qanunvericiliyə görə həmin şəxslərin 8 ilədək həbsi nəzərdə tutulur.


Bələdiyyə sədri yolu satıb – Sakinlər qanuni ərazilərinə gedə bilmir
Bələdiyyə sədri yolu satıb – Sakinlər qanuni ərazilərinə gedə bilmir
Bələdiyyə sədri yolu satıb – Sakinlər qanuni ərazilərinə gedə bilmir