backend

Balakən təhslində biabırçılıq: Pulun varsa uşağın oxuya bilər

Balakən təhslində biabırçılıq: Pulun varsa uşağın oxuya bilər













Rayonun təhsil sahəsi rəhbərlik üçün əsl qazanc mənbəyinə çevrilib, icra başçısı İslam Rzayev və təhsil şöbəsinin müdiri Mahir Dibirov dövlət vəsaitinə şərik olublar

Balakən rayonunda uşağını orta məktəbdə oxutmaq istəyən şəxs yerli Təhsil Şöbəsinə rüşvət verməlidir.Bu barədə məlumatı rayon sakinləri veriblər.
Onların bildirdiyinə görə, xüsusən də Balakəndə fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına 3 saylı tam orta məktəbdə uşaq oxutdurmaq hər adamın işi deyil. Çünki təhsil şöbəsinin müdiri Mahir Dibirov bu istəkdə olan validyenləri ya özü qəbul edir, ya da yaxın adamlarından birinə həvalə edir. Bu qəbul isə pul qarşılığında uşağın məktəbdə oxumasını təmin etmək üçündür.
Təhsil sektoru Balakən rayonunun rəhbərləri üçün əsl gəlir mənbəyidir. Ona görə ki, təhsilə ayrılmış dövlət pullarının böyük bir qismi müxtəlif adlar altında ya silinir, ya da mənimsənilir. Elə buna görədir ki, Mahir Dibirov qısa müddətdə Bakıda özünə hər birinin dəyəri 100 min manat olan iki ev almağa bacarıb. Belə ki, ayda 450 manat əmək haqqı alan şöbə müdirinin bu imkana sahib olması üçün 40 il lazım gəlsə də, Dibirov bui şi iki ilə həll edib.
Onu da qeyd edək ki, Balakən Təhsil Şöbəsinin müdiri Mahir Dibirovun əsas gəlir mənbəyi sırasında tenderlər var. Lakin bu məsələdə onun şərik olduğu əsas fiqur isə rayonun icra başçısı İslam Rzayevdir. Məlumatlarda deyilir ki, Rzayev Dibirovla əlbir şəkildə indiyə qədər yüz minlərlə manatı müxtəlif formada «silmək»lə məşğul olublar. Aralarından «su da keçməyən» sözügedən şəxslər edilən şikayətləri isə rayondan kənara çıxmağa qoymurlar.