backend

Başçının keçmiş müavini yenə meydan sulayır - Bu dəfə Hacı Zeynalabdin qəsəbəsində

Başçının keçmiş müavini yenə meydan sulayır - Bu dəfə Hacı Zeynalabdin qəsəbəsində















Bir zamanlar Sumqayıtda icra başçısının müavini postunu tutan, hazırda isə Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəsi olaraq çalışan Lalə Hacıyeva zaman-zaman yerli KİV-in diqqət mərkəzində olub. Hətta bunu nəticəsidir ki, məhz Sumqayıtın icra başçısı Zakir Fərəcov Lalə Hacıyevanı cəzalandıraraq onu müavinlikdən yola da salmışdı.

Bu dəfə DİA.AZ-a danışan mənbə isə bildirir ki, Lalə Hacıyeva Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəsi olaraq ənənəvi xarakterini nümayiş etdirməkdədir. Mənbənin spylədikləri: "Ölkə başçısının sərt xəbərdarlığına əməl etməyən, qanunla müəyyən olunan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəsi Lalə Hacıyevanın müəyyən olunması diqqət mərkəzindədir. Bir neçə gün əvvəl qəsəbə icra Nümayəndəsinin binasında qəsəbənin Nümayəndəsi Lalə Hacıyeva (Azərbaycan Respublikasının Cinayət Məcəlləsi / on birinci bölmə: Maddə 308.: Vəzifə səlahiyyətlərindən sui-istifadə və
Maddə 309.: Vəzifə səlahiyyətlərini aşma) qəsəbə ictimaiyyəti qarşısında 13 il iş stajı olan Hacı Zeynalabdin Bələdiyyə qulluqçularından birinin şərəf və ləyaqəti təhqir etdi. Təhqir sadəcə, hansısa termin xarakterli sözlərdən yox, sadə xalq dilində, milli folklorumuzdakı sözlərdən ibarət oldu. Hadisədən bir gün sonra həmin vəzifəli şəxs də Sumqayıt şəhər İcra Hakimiyyətinin də 164 nömrəli "Qaynar xətt”inə şikayətini məlumatlandırdı, lakin bununla bağlı Lalə xanıma töhmət verilmədi, hansısa tədbir görülmədi.


Başçının keçmiş müavini yenə meydan sulayır - Bu dəfə Hacı Zeynalabdin qəsəbəsindəBaşçının keçmiş müavini yenə meydan sulayır - Bu dəfə Hacı Zeynalabdin qəsəbəsindəBaşçının keçmiş müavini yenə meydan sulayır - Bu dəfə Hacı Zeynalabdin qəsəbəsində