backend

Bərdə Mərkəzi Xəstəxanasındakı «bazar» vətəndaşları zinhara gətirib

Bərdə Mərkəzi Xəstəxanasındakı «bazar» vətəndaşları zinhara gətirib
























İftixar Zeynalov Bərdədə xəstəxanalara da haqq qoyub

“Bərdə xəstəxanalarında dərman pereparatı tapmaq mümkün deyil. Belə ki, bu il Bərdə Səhiyyə İdarəsinə ayrılan 500 min manatlıqdan çox dərman pereparatlarını görən olmayıb, görənlər isə baş həkimin apteklərində görür.
Bizdə təhsil, səhiyyə və sair sosial xidmətlərin əsas bazası pulsuzdur və hər bir vətəndaş dövlətin bu sosial xidmətlərindən istifadə etmək hüquqna malikdir. Lakin Azərbaycanda uşaq baxçasına gedən uşaq elə bilir ki, bizim ölkəmizdə dövlətin vətəndaşa pulsuz verdiyi bütün sosial xidmətləri məmurlar pullu ediblər. Bunun səbəbi bir çox faktorlara bağlı olsa da, o da bir həqiqətdir ki, bizdə vətəndaşlara sosial xidmət göstərən bəzi məmurlar rüşvəti, korrupsiyanı özlərinin bir nömrəli vəzifələri kimi qəbul edirlər. Ən acınacaqlısı isə odur ki, dövlət sosial xidmət sahələri «ödəniş» məsələlərində heç də özəl sahələrdən geri qalmır. Əksinə vətəndaşlardan daha çox pul alır, əvəzində isə insanlarımıza daha çox əziyyət verirlər.
Bərdə Səhiyyə İdarəsində özbaşınalıq və açıq bazar vətəndaşları zinhara gətirib. Burada həkimlər əvvəlcədən «ödəmə almadan» heç bir xəstəyə yaxın getmirlər. Bu sistemi isə tətbiq edən məhz səhiyyə xidmətindən məsuliyyətli olan Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalovdur. Çünki baş həkim hər bir həkimdən, hər bir şöbədən və tibb məntəqəsindən aylıq tələb edir”. Bu müraciəti redaksiyamıza ünvanlayan şikayətçinin bildirdiyinə görə baş həkim rayon mərkəzində fəaliyyət göstərən Uşaq xəstəxanası, Şəhər poliklinikası, Uşaq Poliklinikası və rayon Doğum evinə aylıq hesab qoyub. O, iddia edir ki, İftixar Zeynalov Uşaq Xəstəxanasının müdiri Həqiqət Ağayevadan ayda 1500, Uşaq Poliklinikasının müdiri Kamil İbrahimovdan 1000, Şəhər poliklinikasının müdiri Mehdi Mehdizadədən 1000, Doğum evinin müdiri Rahillə Məhərrəmovadan isə ayda 2000 manat alır. Baş həkimin aylıq hesabı kənd həkim tibb məntəqələrinə də aiddir.
Bildirilir ki, Bərdə Uşaq Xəstəxanasında adi bir səviyyədə göstərilən tibbi xidmətlərə görə vətəndaşlardan rüşvət alınmaqla bərabər, həmçinin xəstəxanada yatan vətəndaşlara məcburi dərman preparatları da aldırılır. Rayon Mərkəzi Xəstəxanasında cərrahiyə əməliyyatı aparan həkimlər baş həkimə aldıqları hesabın 30 faizini çatdırmaq məcburiyyətindədirlər. Baş həkim özünə yaxın bir neçə həkimə UZİ aparatı gətizdirərərək onlardan hər ay 1500 manat hesab alır.
Şikayətçi bildirir ki, dövlət tərəfindən Bərdə Mərkəzi Xəstəxanasına verilən 500 min manatlıq dərman və sarğı pereparatalarının böyük bir hissəsi məhz İftixar Zeynalov tərəfindən rayonda və paytaxtın müxtəlif apteklərində satdırılır. Həmçinin dövlət qeydiyyatında olan xəstələrin əksəriyyəti Mərkəzi xəstəxananın verməli olduğu dərman pereparatlarını almırlar və bu dərmanlar baş həkimin adamları tərəfindən mənimsənilir. Həmçinin rayonda qeydiyyatda olan bir çox xəstələrin sayının şişirdildiyi və həmin şəxslərə dövlət tərəfindən təqaüd verildiyi üçün bu şəxslərin adlarına yazdırılan dərmanlar da apteklərdə satışa çıxarılır.
Məlumatla bağlı apardığımız araşdırmada məlum oldu ki, Bərdə rayonu üzrə təxminən 1400 nəfər güzəştli kateqoriyadan olan xəstələr var. Səhiyyə və Maliyyə nazirliklərinin 27 fevral 2007-ci ill tarixli birgə əmrinə əsasən dövlət xəstəxanalarında 141 adda dərman pulsuz olaraq güzəştli kateqoriyalı xəstələrə verilməlidir. Eyni zamanda Səhiyyə Nazirliyinin 2005-ci il tarixli 141 nömrəli əmrinə əsasən xəstəxanaların bütün şöbələrində təcili tibbi yardım üçün 60 adda dərman və 23 adda tibbi ləvazimatlar vətəndaşlara verilməli və tibb məntəqələrində mütləq şəkildə olmalıdır. Amma Bərdə rayonunun xəstəxanalarında, kənd tibb məntəqələrində heç bir vətəndaşa pulsuz dərman pereparatları verilmir. Baş həkim kənd tibb məntəqlərinin adlarına dərman pereparatları yazdırsada, Bərdə kəndlərindəki səhiyyə ocaqlarında bir dənədə dərman pereparatı tapmaq mümkün olmur. Məhz bunun nəticəsidir ki, rayon səhiyyə idarəsinin müdiri İftixar Zeynalov Bərdədə ən varlı məmurlardan biri hesab olunur.
Qeyd edək ki, Bərdə xəstəxanası ilə bağlı redaksiyamıza daxil olan ilginc məlumatları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.