Zaurla Xoşqədəmin soyuq müharibəsi: Bu dəfə qurban Nazilə oldu… – TƏFƏRRÜAT » Qaynarxett.az Qaynarxett.az

Zaurla Xoşqədəmin soyuq müharibəsi: Bu dəfə qurban Nazilə oldu… – TƏFƏRRÜAT

114

Zaurla Xoşqədəmin soyuq müharibəsi: Bu dəfə qurban Nazilə oldu… – TƏFƏRRÜAT














Xoşqədəm Hidayətqızının verilişində iştirak edən Pərvanə xanımın məsələsi gündən-günə böyüyür.

Minval.info-nun əldə etdiyi məlumata görə, mövzunun şişməsinin kökündə Xoşqədəmlə Zaurun arasında olan ədavət dayanır. Belə ki, Pərvanə xanım əvvəlcə Zaur Baxşəliyevin “Bizimləsən” verilişinə müraciət edib. O, Hidayətqızının təqdimatında efirə gedən “Səni axtarıram” proqramında dilə gətirdiyi sözləri söyləyib. Lakin Zaur onun dediklərinə inanmayıb və verilişində iştirakına icazə verməyib.

Bundan sonra isə Pərvanə xanım “Səni axtarıram”a üz tutub. Burada da onu qəbul etməyiblər. Amma Pərvanə Nazilə Səfərlinin keçmiş gəlini olduğunu deyəndə onu dərhal efirə çıxarıblar. O da ailəsi haqda danışıb. Həyat yoldaşından ayrılmasında baldızları və qayınanasını günahlandırıb. Pərvanə xanım həmçinin ərinin ona xəyanət etdiyini dilə gətirib. O, həm də evinin əlindən alındığını iddia edib.

Xoşqədəm Hidayətqızı ilə Nazilə Səfərli arasında münasibətlərin ürəkaçan deyil. Həmçinin Zaurla Xoşqədəm arasında “soyuq müharibə” gedir. Nazilə Səfərli isə Zaurla çox yaxın dostdur. Məhz bu səbəbdən aparıcının bu mövzuya xüsusi diqqət ayırıb. O, fürsətdən istifadə edərək şairənin ünvanına sərt sözlər deyib.

Nazilə xanım özünün “İnstagram” səhifəsində Zaurla fotosunu paylaşaraq “biz özümüz bilirik hansı verilişə gedirik” sözlərini əlavə edib.

Hətta aparıcı bu postdan istifadə edərək nifrətini gizlədə bilməyib. Hidayətqızı verilişinin efirində həmin paylaşımı nəzərdə tutaraq, atamacalar atıb. Bu da bir daha göstərir ki, Xoşqədəm Hidayətqızı Pərvanənin məsələsi fonunda əslində özü demək istədiyi ürək sözlərini dilə gətirib. Eyni zamanda aparıcı veriliş boyu şairəyə atmacalar atıb.

Beləliklə, olanların kökündə Pərvanə xanımın söylədikləri deyil, şəxsi ədavət dayanır. Xoşqədəm Hidayətqızı sırf Zaura və Nazilə xanıma olan qərəzindən dolayı vəziyyətdən sui-istifadə edir.