backend

“Prezident olmaq istəyən Ziya Məmmədov Putinə 30 milyard göndərib” – VİDEO

“Prezident olmaq istəyən Ziya Məmmədov Putinə 30 milyard göndərib” – VİDEO















Prezidentliyə namizəd Hafiz Hacıyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun prezident olmaq istədiyini və bunun üçün Rusiya prezidenti Vladimi Putinə 30 milyard təklif etdiyini deyib.

Müasir Müsavat Partiyasının sədri bunu İctimai Televiziyadanın (İTV) canlı yayımında prezidentliyə namizədlərin Dəyirmi Masası zamanı çıxışında bu barədə fikir səsləndirib.

O vurğulayıb ki, 100 milyard pulu olan Ziya Məmmədov qardaşı – sabiq deputat Elton Məmmədov vasitəsilə Dağıstan prezidentinə 30 milyard göndərib və Vladimir Putinə çatdırmasını istəyib.

Prezidentliyə namizədin sözlərinə görə, Ziya Məmmədov bu pulun qarşılığında Azərbaycanda prezident postuna gətirilməsini istəyib.

Sözügedən çıxışın videosunu təqdim edirik: