backend

Lənkəranda dəhşətli qəza: 1 ailənin 6 üzvü öldü — FOTOLAR

Lənkəranda dəhşətli qəza: 1 ailənin 6 üzvü öldü — FOTOLAR














Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.
"Report məlumatına görə, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.

Ölənlər aşağıdakılardır:

Aslanov Faiq,

Aslanov Fikrət,

Aslanov Mərziyyə,

Aslanova Xanımgül,

Aslanov Namiq

Aslanova Məsmə,

Yaralılar:
Aslanov Ülvi Faiq oğlu, 7 yaş

"Shacman"ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu

***
Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "KaMAZ" markalı yük maşını ilə "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Ölənlər minik maşında olan şəxslərdir.

Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.

Ölənlərdən üçünün qadın olduğu bildirilir. Məlumata görə, xəsarət alan azyaşlıdır.

Lənkəranda dəhşətli qəza: 1 ailənin 6 üzvü öldü — FOTOLARLənkəranda dəhşətli qəza: 1 ailənin 6 üzvü öldü — FOTOLARLənkəranda dəhşətli qəza: 1 ailənin 6 üzvü öldü — FOTOLAR