backend

Tələbə xidmətçi işləyir

Tələbə xidmətçi işləyir














Laura Ağayevanın rəhbəri olduğu Ağdam Musiqi Kollecində rüşvət dizə çıxıb.

Kollecdə korrupsiya və özbaşınalıq hökm sürür. Kollecin direktoru Laura xanım buranı alver obyektinə çevirib. Belə ki, kollecə qəbul olan tələbədən özünün müəyyən etdiyi qiyməti tələb edir. Məbləği ödəyən abituriyentlər tələbə olurlar, məbləği ödəyə bilməyənlərin tələbə olmaq sevinci gözündə qalır. Hər semestrdə 300 manat müdirə rüşvət verməyən tələbə imtahandan keçə bilməz və 500-600 manat pul verməyən tələbə diplom ala bilməz. Bu məbləği ödəyə bilməyən Musiqi kollecinin tələbələri Quzanlı qəsəbəsində fəaliyyət göstərən kafelərdə xidmətçi işləyərək özlərinə imtahan pulu yığırlar.