backend

Makrondan Türkiyəni hiddətləndirəcək həmlə - HƏRBÇİLƏRİNİ TERRORÇULARA DƏSTƏK ÜÇÜN YOLLADI

Makrondan Türkiyəni hiddətləndirəcək həmlə - HƏRBÇİLƏRİNİ TERRORÇULARA DƏSTƏK ÜÇÜN YOLLADI














Fransadan Menbiçi işğal edənlərə yardım

Hurriyyet.org xəbər verir ki, ötən cümə axşamı günü, müəyyən qüvvələrin layihələndirərək yaratdıqları terror təşkilatı olan PKK-nın quldur başçılarını Yelisey sarayında qəbul edən və onları dəstəkləyəcəyini vəd edən Fransa prezidenti Emmanuel Makronun Menbiçə 50 nəfər hərbçi göndərdiyi bəlli olub. Yüksək peşəkarlığa malik fransız hərbçilərin cümə günü 4 təyyarə ilə göndərildiyi aşkara çıxıb. Hərbçilərin Suriyada yerləşən başqa bazalardan və yaxud xaricdən gəldiyi hələlik dəqiqləşdirilməyib. Menbiçə daxil olan qrup terrorçu PKK rəhbərliyinin yanına gedib.

Tramp ilə Makron arasındakı söhbətdən sonra hər iki ölkə Suriyada PKK-nı qorumaq üçün səfərbər olub. ABŞ Menbiçə əlavə 300 nəfərlik hərbçi dəstəsi göndərib, ardından 4 təyyarə ilə 50 nəfər fransız hərbi mütəxəssis şəhərə daxil olub. Menbiç əhalisi isə işğala qarşı qiyam qaldırmaq üçün “Növbəti hədəfimiz Menbiçdir,” – deyə bəyan edən Ankaradan xəbər gözləyir.

Maraqlıdır ki, Amerika 300 nəfərlik əlavə hərbi qüvvəni, həmçinin zirehli texnikanı ABŞ prezidenti Donald Trampın “Suriyanı tərk edəcəyik” açıqlamasından sonra göndərib.

Fransa da Suriyaya hərbçi göndərməyəcəyini və bu ölkədə yeni bir hərbi əməliyyat planlaşdırmadığını bəyan eləmişdi. Lakin faktlar bu açıqlamaları təkzib edir. Suriyada Rakka və Ayn İsa da daxil olmaqla, müxtəlif bölgələrdə Fransanın 5 ədəd hərbi bazası vardır.

Türkiyəyə əngəl olmaq üçün

ABŞ və Fransa arasındakı Suriya və PKK əməkdaşlığı Cerablus, Bab və Afrindən sonra Menbiçi terrordan təmizləməyi qarşısına məqsəd qoyan Türkiyəyə qarşı İŞİD bəhanəsi ilə əngəl törətmək addımı kimi qiymətləndirilir.

İŞİD-PKK oyunu ilə işğal edildi

Hələb vilayətinin Menbiç rayonu 2016-cı ilin avqusrundan bəri ABŞ-ın dəstəklədiyi PKK terror təşkilatının işğalı altındadır. İŞİD terror təşkilatına qarşına mübarizə bəhanəsi ilə PKK-ya dəstəyini davam etdirən ABŞ, rayon mərkəzinin İŞİD-dən təmizlənməsindən sonra PKK terrorçularının rayonu tərk edəcəyini, şəhər mərkəzinin idarəsini yerli əhaliyə verəcəyini vəd eləsə də, vədinə xilaf çıxmışdı.Türkiyə Afrində “Zeytun budağı” əməliyyatı apardığı dövrdə amerikalı generallar fevralın 7-də Menbiçə gələrək PKK ilə həmrəyliklərini nümayiş etdirmiş, general Pol Fank terrorçularla birgə fotolar çəkdirmiş, türk hərbçilərinin Menbiçdə PKK-ya qarşı əməliyyat başlayacaqları təqdirdə cavab verəcəkləri ilə təhdid eləmişdi.

Rəsmi açıqlamalara görə, Amerikanın Suriyada 5 min nəfərə qədər hərbçisi var.