backend

Vurduğu qolu bayram edən futbolçu xəsarət alaraq öldü - VİDEO

Vurduğu qolu bayram edən futbolçu xəsarət alaraq öldü - VİDEO






















23 yaşlı oyunçu bir neçə gün ərzində komada olub.

Hind futbolçusu Piter Biaksanqzuala vurduğu qolu bayram edərkən onurğa sütunundan aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Bu barədə yerli mətbuatın bildirdiyini qaynarxett.az TASS-a istinadən xəbər verir.

Mizoram ştatının çempionatında, “Çanmari Uest” komandası ilə matçın 62-ci dəqiqəsində qol vuran “Vifleem Venqtlanq” komandasının yarımmüdafiəçisi sevincdən salto vurub, amma çox uğursuz şəkildə yerə düşüb və onurğa sümüyünü zədələyib. 23 yaşlı oyunçu dərhal xəstəxanaya yerləşdirilib və bir neçə gün ərzində koma vəziyyətində olub. Bazar günü futbolçu vəfat edib.