backend

Nasim Ağdam “YouTube”un ofisini niyə atəşə tutub? — RƏSMİ AÇIQLAMA

Nasim Ağdam “YouTube”un ofisini niyə atəşə tutub? — RƏSMİ AÇIQLAMA














“YouTube”un ofisinin Cənubi Azərbaycandan olan qadın tərəfindən atəşə tutulmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verilib.
“Ölkə.Az” Rusiya mətbuatına istinadən xəbər verir ki, San-Bruno şəhərinin polis rəisi Ed Barberi Nasim Ağdamın şirkətin apardığı siyasətdən narazı olduğunu deyib. O bildirib ki, hazırki mərhələdə istintaq N. Ağdamın törətdiyi cinayətin motivlərinin məhz bunlar olduğunu hesab edir.
Xatırladaq ki, ötən gün San-Bruno şəhərində, “YouTube” şirkətinin mənzil-qərargahında silahlı insident baş verib. Bir müddət sonra atəşi açan 39 yaşlı Nasim Ağdam ölü tapılıb. Onun intihar etdiyi ehtimal olunur. Hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.