backend

Bərdə RMX-nın genofondumuzu məhv edir - 20 minlik “əməliyyat” - Video

Bərdə RMX-nın genofondumuzu məhv edir - 20 minlik “əməliyyat” - Video














Ümumdünya Səhiyyə Təşkilatı qeysəriyyə əməliyyatının sayının artmasından narahatdır. Qurum təbii doğuşun azalmasını genofondun məhvi kimi qiymətləndirir Bərdənin Doğum Evində ÜST-nın xəbərdarlığına məhəl qoyulmur. Buna səbəb qeysəriyyə əməliyyatının qazandırdığı gəlirdir.

Doğum evinin baş həkimi Tünzalə Quliyeva “qeysəriyyə bazarı” açaraq “qaz vurub, qazan doldurur”.

Hər əməliyyatdan azı 500-700 manat xeyir götürən şöbə Bərdədə genofondu məhv etməklə məşğuldur.

Təbii doğuşun 300 manat olmasına görə, baş həkim ehtiyac oldu-olmadı hamilə qadınları aldadaraq qeysəriyyə əməliyyatına məcbur edir ki, 500-700 manat qoparsın.

Bu dəhşətli vəziyyətlə bağlı rayon sakinləri həyəcan təbili çalırlar. Bildirirlər ki, tezliklə Səhiyyə Nazirliyi Bərdənin Doğum Evində yoxlamalar aparmalıdır.

Bərdənin baş həkimi Rəna Mustafayevanın isə doğum şöbəsinin rəhbəri olan T.Quliyevaya qazanmağa yaxşı şərait yaradıb. Ona görə də rayonun baş həkimi “Leksus” markalı bahalı avtomobildə gəzir.

Çünki onun gəliri təkcə qeysəriyyə əməliyyatlarından aldığı faiz deyil, həm də dövlətin Bərdə Rayon Mərkəzi Xəstəxanasına hər ay ayırdığı 20 min manatlıq ərzağın dükanlarda satdırmasıdır. Vaqif adlı şəxsin əli ilə bu işləri görən R.Mustafayeva dövlətin vəsaitini talan edir.

Rayon sakinləri isə sosial şəbəkələrdə yazırlar ki, R.Mustafayeva xəstəxanada gestapo şəraiti yaradıb.

Şəkər xəstələrinə dərman vermir, pulsuz müayinə etmir, palatalarda xəstələrə yemək verilmir, ondan nazir Oqtay Şirəliyevə şikayət edəcəklərini deyəndə gülür. Deyir ki, “naziri tapsanız mənə də xəbər edin”.

İşçilər xəstəxanada kimsəni saymırlar. Qayda-qanun yoxdur. Üstəlik, baş həkimin də maraqları mütləq təmin olunmalıdır.

Rəfael Mustafayevin rəhbəri olduğu xəstəxanada tibb bacıları xəstələrə iynə vurmaq, uşaq tutmaq, onların tualetə getməsini təmin etmək adları altında xəstələrdən pul tələb edirlər. Bu barədə edilən şikayətlərə əhəmiyyət verən olmur.

Araşdırmalar nəticəsində öyrənik ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında əlini cibinə salmayan xəstənin üzünə belə baxan yoxdur. Belə ki, həkimlər onların "tələb"ləri ilə razılaşmayan pasiyentlərə yaxın getmirlər.

Deyilənlərə görə, bu sistemi tətbiq edən məhz Rəna Mustafayevadır. Rayon sakinləri bildirirlər ki, hazırda Bərdədə təxminən, 1400 nəfər güzəştli kateqoriyadan olan xəstə var.

Lakin Rəna Mustafayevanın baş həkimi olduğu xəstəxanada heç bir vətəndaşa pulsuz dərman preparatları verilmir.

Deyilənlərə görə, rəhbərlik kənd tibb məntəqələrinin adlarına dərman preparatları yazdırsa da, Bərdə kəndlərindəki səhiyyə ocaqlarında bir dənə də dərman preparatı tapmaq mümkün deyil.

Qeyd edək ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayevanın dəftərxana ləvazimatlarının və ərzaq məhsullarının alınması adı altında israfçılığa yol verdiyi iddia olunur. Qarşı tərəfi dinləməyə hazırıq.

BakuNews.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq.