backend

Azərbaycanda qış çox sərt olacaq

Azərbaycanda qış çox sərt olacaq






















“Havalar da göstərir ki, qış tez gələcək”.

Qonşu ölkələrdə qış sərt üzünü göstərib. Artıq Rusiya və Türkiyəyə qar yağıb, temperatur xeyli aşağı düşüb. Bunun nəticəsi olaraq, artıq Azərbaycanda da havalar soyuyub. Görəsən, qarlı-boranlı qışın ölkəmizə tez gəlməsini gözləmək olarmı? Ekoloq Telman Zeynalov hesab edir ki, bu il Azərbaycanda qış çox sərt olacaq.

qaynarxett.az xəbər verir ki, onun Milli.Az-a açıqlamasında bildirdiyinə görə, ölkədə bu yay havalar çox quraq və isti olub. Ona görə də bunun tam əksini gözləmək lazımdır. “Ölkədə iki ay yarım quraqlıq oldu. Ona görə də qışı sərt gözləmək lazımdır. Temperatur mənfi 7-8 dərəcəyədək düşəcək, qış qarlı keçəcək. Son günlər müşahidə edilən havalar da göstərir ki, qış tez gələcək. Rusiyada artıq hava kəskin soyuyub və həmin hava cənuba doğru hərəkət edir”, - deyə T.Zeynalov xəbərdarlıq etdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirdi ki, qış haqda indidən danışmaq tezdir. Havaların soyuması qışın tez gəlməsinə dəlalət etmir. İndidən qışın necə keçəcəyi barədə proqnoz vermək qeyri-ciddi görünər.