backend

Zəvvarlar Azərbaycana Ebola gətirməyiblər

Zəvvarlar Azərbaycana Ebola gətirməyiblər






















“Həcc ziyarətindən sonra vətənə qayıdan Azərbaycan vətəndaşları, ciddi yoxlamadan keçiblər”.

Ebolanın Azərbaycana gəlməsinə dair heç bir dəlil aşkarlanmayıb.

qaynarxett.az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın Laboratoriya şöbəsinin müdiri Musa Cahanov bildirib.

“Həcc ziyarətindən sonra vətənə qayıdan Azərbaycan vətəndaşları, ciddi yoxlamadan keçiblər, Ebola virusuna yoluxma simptomları aşkar edilməyib”, M.Cahanov deyib.

Sərhəddə xüsusi xidmət dəstələri vəziyyətə tam nəzarət edirlər, bütün lazımi sanitar-karantin tədbirləri həyata keçirilir.

“Virusa yoluxma şübhəsi olan şəxsdən dərhal nümunə götürülərək taun əleyhinə stansiya laboratoriyasında təhlil aparılacaq”, - Cahanov qeyd edib.

“Azərbaycanda Ebola virusu aşkarlanarsa bütün lazımi tədbirlər həyata keçiriləcək. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bu məqsədlə xüsusi palatalar mövcuddur”, - şöbə müdiri əlavə edib.