backend

Bakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLAR

Bakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLAR















Bakıda fahişəxananı xatırladan gecə klubu fəaliyyət göstərir. Doğurdanmı, bura əyləncə məkanıdır?

Minval.info xəbər verir ki, paytaxtda “Hot room” adlanan əndirabadi gecə klubu fəaliyyət göstərir. Azərbaycanca tərcüməsi “İsti otaq” olan məkanın loqosu da içəridə nələrin baş verdiyindən xəbər verir. Təbii ki, kluba daxil olacaq müştəri düşünülmüş adı və erotik loqonu görüb buna uyğun “tədarük” görür. Heç kimə sirr deyil ki, həmin loqo dünyada seks simvolu kimi qəbul olunur.

Bakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLAR

Bununla yanaşı, adıçəkilən məkanın sosial şəbəkədəki səhifəsi erotik şəkillər paylaşaraq buranın reklamını edir. Bu yolla əyləncədən çox, sanki müştərilər intim ləzzət almaq üçün məkana dəvət edilir. Paylaşılan əksər fotolar arasında qızların açıq-saçıq görüntüləri yer alır. Yüngül desək, qadınların budu, sinəsi, ombası vasitəsilə kluba müştərilər cəlb olunur. Məgər, əyləncə yalnız bunlardan ibarətdir, yoxsa belə reklamın arxasında nəsə dayanır?!

Maraqlıdır ki, həmin şəkillərin çoxunun altında ilk “ViP Rooms” sözləri yazılıb. Yəni, xüsusi otaqlar. Hər məkanın, çayxananın belə, VİP otaqlarının olduğu hamıya məlumdur. Lakin erotik şəkilərin altından bu sözlərin yazılması klubun girişindəki kimi intim təkliflərdən xəbər verir.

Həmçinin qeyd edək ki, klub işçi axtarışını da adətinə uyğun olaraq erotika çağırışdırıcı vakansiya elanı verib.

Habelə “Hot room”da qızların erotik rəqsi təşkil olunur və bununla müştərilər məkana dəvət edilir.

Paylaşılan fotolar arasında yer alan xanımlardan birinin yaşının az görünməsi də diqqətimizi çəkdi. Görəsən, onun yaş həddi həqiqətən icazə verirmi, bu məkana daxil olmağa? Əgər icazə vermirsə, azyaşlının kluba girişi, üstəlik tək ortada rəqs etməsi, həmçinin fotosunun da reklam kimi istifadəsi doğrudurmu?! Hətta buraya giriş, qızlar üçün qəlyan, içki pulsuzdur.

Məşhur reperler də “Hot room”a gələnlər sırasındadır. Yeri gəlmişkən, bu klubun sahibinin reper Roşka olduğu iddia edilir.

Bakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLARBakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLARBakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLARBakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLAR

Bakıda fahişəxananı xatırladan gecə klubu – Striptiz, intim mesajlar… – FOTOLAR