backend

“İki oğlum arasında püşk atdım, birini terrorçulara verdim” – Atanın etirafları həqiqəti ortaya çıxardı – VİDEO

“İki oğlum arasında püşk atdım, birini terrorçulara verdim” – Atanın etirafları həqiqəti ortaya çıxardı – VİDEO















“PYD istədiyi üçün iki oğlum arasında püşk atdım, birini göndərdim”

Məhmətçiyin qoruduğu Afrində PYD/PKK-nın bir övladını dağa aparmaq üçün gəldiyini deyən bir ata, “Qızlarımı verə bilməzdim, iki oğlum arasında püşk atıb birini göndərdim” deyib.

Afrin xalqı Türk Silahlı Qüvvətlərinin bölgəyə sakitlik gətirdiyini və ağrı-acılarının bir az da olsa, keçdiyini sözlərinə əlavə edib.

Minval.İnfo xəbər verir ki, evlərini tərk edən bir çox ailə geri qayıtmağa başlayıb. Bir tərəfdən aclıqla imtahan edilib, digər tərəfdən qorxu içində yaşayan əhali türk ordusuna güvəndiyini, özlərini təhlükəsizlikdə hiss etdiklərini deyiblər.

Buna baxmayaraq daha əvvəl PKK tərəfindən övladları əllərindən alınaraq dağa aparılan bir çox ailə də gözü yaşlı qalıb. Hətta oğlunu vermək istəməyən bir çox ailə terroristlər tərəfindən hədələnir, əks halda qızlarının əllərindən alınacağı deyilir. Dövlətin unutduğu bu yerlərdə yaşamaq üçün canlarından bir hissəni qoparıb əli qanlı terroristlərə verməyə məcbur olan əhali, görünür, hələ uzun müddət sözügedən sarsıntının təsirindən çıxa bilməyəcəklər. Türk ordusu isə ərazinin böyük hissəsini həmin terroristlərdən təmizləyib, qaçanların dağlarda izinə düşüb.

“İki oğlum arasında püşk atdım, birini terrorçulara verdim” – Atanın etirafları həqiqəti ortaya çıxardı – VİDEO

Atasından, ailəsindən alınaraq dağlara aparılan 30 yaşındakı Damhaş Kolika türk əsgərlərinin nəzarəti altında olan əraziyə gələrək təslim olub. O, həmin günləri belə xatırlayıb: “Zorla aparıldım. Getməsəydim, bacılarımı aparacaqdılar. Səkkiz ay PYD/PKK tərəfindən tutuldum. Məni əsgər olaraq döyüşməyə məcbur etdilər. Rejim ilə girdiyim atışmalardan biri zamanı ayağımdan yaralandım və 4 ay döyüşə bilmədim. Türk əsgəri gələndə ümid oldu, terroristlər uduzduqları üçün Afrini tərk etdilər. Dedilər ki, rejimlə birləşəcəyik, qaçmırıq. Amma mən bir yolunu tapıb qaçaraq türk əsgərinin mühafizəsi altındakı ailəmin yanına gəldim. Türk əsgərinə qarşı tək güllə də atmadım”.

Həbs olunan terroristlərdən birinin etdiyi etiraflar isə əlavə şərhə yer qoymur: “Bizə ingiliscə danışan, qərbli olduğunu düşündüyüm əsgərlər təlim keçdi. Hansı millətə aid olduqlarını bilmirəm. Türkiyə və türk xalqının düşmən olduğunu dedilər. Türkiyənin uduzacağını, çünki ABŞ və Fransanın PYD-nin həmişə arxasında olduğuna bizi inandırdılar”.