backend

Üçüncü dünya müharibəsinin ilk addımları — ABŞ Suriyaya raket zərbəsi endirdi

Üçüncü dünya müharibəsinin ilk addımları — ABŞ Suriyaya raket zərbəsi endirdi














ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Suriya ərazisinə dəqiq raket zərbələri endirmək barədə əmr verib.
7 aprel tarixində Suriyanın Duma şəhərində kimyəvi hücum edildiyi üçün Birləşmiş Ştatlar belə bir addım atıb.

“CBS” kanalının xəbərinə əsasən, zərbələr Dəməşqin bir neçə məhəlləsinə, Bərzəx məhəlləsinə endirilib. Sonuncuda elmi laboratoriya və bir neçə hərbi obyekt yerləşir.

Tramp qeyd edib ki, hücum Rusiyanın kimyəvi hücumun qarşısını ala bilməməsinin nəticəsində edilib. Bu zərbə ABŞ, Böyük Britaniya və Fransanın birgə əməliyyatıdır.
Britaniyanın baş naziri Tereza Mey bildirib ki, kimyəvi silahdan istifadə edənlərə qarşı belə addımlar atılacaq.

İlk zərbələr Suriya vaxtı saat 04:00 radələrində endirilib. Bu vaxt ABŞ prezidenti amerikalılara müraciət edirmiş.