backend

Səudiyyədən ŞOK AÇIQLAMA: ABŞ-ı bu qərarına görə RƏDD EDİRİK

Səudiyyədən ŞOK AÇIQLAMA: ABŞ-ı bu qərarına görə RƏDD EDİRİK















Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə qərarına görə Amerika prezidenti Donald Trampı tənqid edib.
O, bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) zirvə toplantısındakı salamlama nitqində deyib.
Sammit bu gün Suriyadakı vəziyyətin gərginləşməsi fonunda Səudiyyənin Dəhran şəhərində keçirilir.
“Biz bir daha ABŞ administrasiyasının səfirliyin Qüdsə köçürülməsi barədə qərarını rədd edirik”, – deyə monarx bildirib.
Səudiyyə kralının sözlərinə görə, “Şərqi Qüds Fələstinin paytaxtıdır”.