backend

Binəqədinin "çölü bəzək, içi təzək" binaları... - FOTO

Binəqədinin "çölü bəzək, içi təzək" binaları... - FOTO













...Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsindən hər bir Azərbaycan vətəndaşı qürur duymaqda haqlıdır. Paxtaxtın müasir, daha da gözəl olması, inkişafı üçün dövlət büdcəsindən hər il yüz milyonlar xərclənir. Bu da səbəbsiz deyil. Ölkəmiz beynəlxalq tədbirlərin, idman yarışlarının... keçirildiyi bir məkana çevrilməkdədir.
Nəhayət, Azərbaycan turizm ölkəsinə iddialıdır, hər il ölkəmizə milyonlarla turist gəlir... Bu isə o deməkdir Bakı onun gözəlliyinə çəkilən (ayrılan) vəsaitlərə
uyğun paytaxt adına layiq olmalıdır...
***
...Hörmətli oxucularımız, gördüyünüz bu şəkllər mərhum akademikimiz, rəhmətlik Ziya Bünyadovun adını daşıyan prospektdə çəkilib. Ümumiyyətlə, təəssüflər olsun ki, belə şəkilləri Bakının bütün rayonlarında çəkmək olar. Bu şəkildən görürsünüz ki, binanın üzü və yan tərəfi bəzədilmişdir. Arxa tərəfə isə özünüz qiymət verin.
Belə vəziyyətə xalq deyimi lap yerinə düşür... "Üstü bəzək içi təzək...". Bəzi binalarda yan tərəfi bəzəmirlər, ancaq bu binada isə bəzəyiblər. Onu da ona görə ediblər ki, birdən rəhbər şəxslərimizdən kimsə oradan keçəndə maşının pərdəsini aralayıb sağ tərəfə baxar və binanın böyrü ona xoş gəlməz. Bəs bu binanın arxa tərəfinin bəzədilməsinə ayrılmış pulları kim basıb yeyib? Onu qoy bu binanın lap yaxınlığında yerləşən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi desin. Axı ola bilməz ki, Bakının mərkəzində olan və Binəqədi rayonuna aid binanın çölünün bəzədilməsinə pul ayrılsın, həyət, yəni arxa tərəfinə isə pul ayrılmasın? Axı bu nə özbaşınalıqdır? Birdən Bakıya gələn turistlər Ziya Bünyadov prospektindən keçərkən ayaq saxlayıb bu əraziləri gəzmək istədilər. "Çölü bəzək, içi təzək" bu binaları görüb bizim haqqımızda nə düşünərlər? Bir yaramaz, korrupsioner məmurun tamahı üzündən ölkə Prezidentinin çəkdiyi əziyyətlər niyə yerə vurulmalıdır???
"Təzadlar"


Binəqədinin "çölü bəzək, içi təzək" binaları... - FOTO
Binəqədinin "çölü bəzək, içi təzək" binaları... - FOTO