backend

BAKIDA RAİSƏ NACİNİN "UŞAQ BAZARI": Nə KÖRPƏLƏRİN GƏLƏCƏYİ, pulun yoxdursa ÖL!!!, Və ya ...

BAKIDA RAİSƏ NACİNİN "UŞAQ BAZARI": Nə KÖRPƏLƏRİN GƏLƏCƏYİ, pulun yoxdursa ÖL!!!, Və ya ...
5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında RÜŞVƏT BAZARI baş alıb gedir. Xəstəxanada pinti bir mühit və dözülməz şərait var.

Bildiyiniz kimi, hələ bir neçə il öncə Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasnda tibbi xidmət bütövlüklə pul ilə həyata keçirilir. Nə KÖRPƏLƏRİN GƏLƏCƏYİ, pulun yoxdursa ÖL!!!

BURADA çalışan həkim və tibb bacılarının hamısı xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pulu OLMAYAN xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir. Hətta palataların təmizlənməsi üçün də xəstələrdən pul tələb edilir.

5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanada bu cür özbaşınalıqlara təbii ki, baş həkim Raisə xanım Naci rəvac verir. Tibb bacılarının və həkimlərin "əl-qolunu” açan da elə ODUR.

Yuxarıda qısa anonsunu verdiyimiz hadisə sadə vətəndaşin yox, baş redaktorumuz Ədalət Nəbibəylinin başına gətirilən oyunlardır. Əziz oxucular, indi təsəvvür edin, BU XƏSTƏXANANIN "XİDMƏTİNDƏN" TANINMIŞ JURNALİST ƏZİYYƏT CƏKİRSƏ, BƏS SADƏ VƏTƏNDAŞIN VƏZİYYƏTİ NƏ GÜNDƏDİR?

Növbəti sayımızda bu barədə geniş araşdırmamızı oxuya bilərsiniz. Vallah, billah SÖZÜN BİTDİYİ YERDƏYİK. BİZİ İZLƏYİN!!!


Qaynarxett.az


Şikayətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.