backend

Hacıbala Abutalıbovun vətəndaşa “var-yox” söyüşü edən kadrı—Video

Hacıbala Abutalıbovun vətəndaşa “var-yox” söyüşü edən kadrı—Video











Bakı şəhər icra hakimiyyətinin tabeçiliyində olan şöbələrdə baş verən özbaşınalıq və rüşvətxorluq ölkə mediasının gündəmindən düşmür. Bakı meri Hacıbala Abutalıbovun nəzarətsiz buraxdığı şöbələrdə mənimsənilən milyonlar barədə də az qeyd olunmur.
Bir neçə gün öncə saytımıza daxil olan məlumatlarda bildirilir ki, Bakı şəhər icra hakimiyyətinin şöbə rəisləri dövlətdən mənimsədikləri milyonlar hesabına özlərinə xarici ölkələrdə böyük biznes qurublar. Bununla yanaşı milyonluq villalar və obyektlər sahibinə çevrilən məmurların dövlətin küllü –miqdarda vəsaitini ən sadə yollarla mənimsəməkdən çəkinmirlər.

Qeyd olunan özbaşınalığın hökm sürdüyü şöbələrdən biri də Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentidir. Departamentə rəhbərlik edənlərin və şöbə rəislərinin Türkiyədə və digər ölkələrdə böyük biznes şəbəkəsinə sahib olması barədə məlumatlar diqqət çəkir. Hacıbala Abutalıbovun və onun nəzarət etdiyi departamentin tabeçiliyində olan şöbələrdə isə rüşvət və korrupsiya faktları İcra başçısını narahat etmir.
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentiinin şöbə rəisinin qısa keçmişinə nəzər salanda məlum olur ki, hazırda həbsdə olan oliqarxlarla işbirliyi və onların mənimsədiyi milyonlara şərik olan Vidadi Əliyevin dəfələrlə vəzifədən kənarlaşdırılması gündəmə gəlib. Lakin “gözəgörünməz” bir qüvvənin departamentin şöbə rəisi V.Əliyevi qoruması və onun cinayət tərkibli əməllərini ört-basdır etməsi onun postunda qalmasına şərait yaradıb.

Araşdırmalarımızdan məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olan şöbələrə ayrılan milyonlarla vəsaitin mənimsənilməsi heç də gizli proses olaraq həyata keçirilməyib. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızına 400 minlik dəyərində toy etməsi uzun müddət mətbuatın və sosial şəbəkələrin diqqətindən düşmədi. “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızının toyundan yayılan dəbdəbəli video görüntülər, keçmiş qudasının ciddi maliyyə talama ittihamları birincinin yalnız “böhtan atır” və hətta “əcəb eləmişik” deməsi ilə kifayətlənir. Vidadi Əliyevin Bakının bira sıra rayonlarında binalar və obyektlərin sahibi olması ilə bağlı məlumatlar da həqiqəti əks etdirir. Görülən saxtakarlıqlarda qohumları ilə şərik olan departament rəhbərinin keçmiş MTN şəbəkəsi ilə bağlılığı real olsada Əliyevə “gözün üstə qaşın var” – deyən yoxdur.

İsmaric.az Vidadi Əliyevin gizli qalan fəaliyyətindən növbəti yazıda geniş bəhs edəcək. Lakin onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentiinin şöbə rəisi vətəndaşlara və işçi kollektivinə qarşı qeyri etik davranışı ilə ad çıxarıb. Departamentdən İsmaric.az – a verilən məlumatda bildirilir ki, şöbə rəisləri işçiləri aşkar təhqir etməkdən çəkinmir və narazılıq bildirənləri işdən qovmaqla hədələyir. Bu barədə növbəti yazıda.

Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan şöbə rəislərinin qeyri etik davranışları barədə geniş bəhs olunub. Belə məmurlardan biri də Bakı ŞİH Mənzil –Kommunal Təsərrüfatı Departamentində şöbə müdiri çalışan Vidadi Əliyevdir. Bu məmurla bağlı video-çəkilişə baxdım. Adam dəhşətə gəlir. Bu şəxs Allah qoymasa Bakı meriyasında bir kollektivin rəhbəridir. Yəqin ki, həmin kollektivdə qız-gəlin, qadın, yaşlı insanlar da var. Belə “tərbiyə sahibi”nin həmin kollektivi necə idarə elədiyi adamı vahiməyə salır.

Çəkilişdən açıq görünür ki, bu adam özünü idarə edə bilmir. Bəs, özünü idarə edə bilməyən bu zada o boyda vəzifəni kim verib? Çəkilişdən aydın görünür ki, mülkün qanuni sahibi ondan rəsmi sənəd tələb edir, başqa heç nə istəmir. Vidadi Əliyev isə “bura mənimdi..” deyə bağırır. Və heç bir ölçüyə sığmayan “var-yox..” söyüşünə keçir. Yəni bu söyüşləri nəinki vəzifə sahibi, az-çox ailə tərbiyəsi görmüş adam dilinə gətirməz. Hələ bu harasdır..?

Məsələni, yaxud mübahisəni qanuni yolla həll etmək əvəzinə Vidadi Əliyevm qaçıb daş götürüb atıb, əlinə armatur götürüb qarşı tərəfin üstünə cumur və elə bir söyüş söyür ki…

Bax, burda çox mətləblər ortaya çıxır. Dövlət məmurunda dövlət tərbiyəsi olmalıdır. Və məmur illər uzunu hazırlanıb vəzifəyə gəlməlidir. Yoxsa…
Kimsə həbsxanadan çıxandan bir-iki ay sonra ona mühüm vəzifə tapşırırlar, o da özünü “nadzor” kimi aparırıb. Əgər bu video başqa bir cəmiyyətdə ortaya çıxsaydı, Vidadi Əliyev nəinki bircə gün vəzifədə qala bilərdi, əksinə ona qarşı xuliqanlıq əməlinə görə cinayət işi qaldırardılar.

Amma təəssüf ki, Vidadi Əliyev hələ də Bakı meriyasında oturur. Görəsən, bu biabırçı videoya baxan Bakı şəhər rəhbərliyi nə düşünür?
İsmaric.az həmin videonu təqdim edir: