backend

Türkiyə hökuməti fövqəladə vəziyyət rejimini uzatdı

Türkiyə hökuməti fövqəladə vəziyyət rejimini uzatdı














Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə baş nazirin müavini Bəkir Bozdaq açıqlama verib.

Sabah parlamentdə müvafiq qərarla bağlı səsvermənin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.