backend

İlham Əliyev: "Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək"

İlham Əliyev: "Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək"














"Bu illər ərzində Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilibdir. "ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir. Çünki bu layihə insanlara xidmət göstərir". Bu fikirləri Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.

On üç "ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaq: "ASAN xidmət” mərkəzlərində 20 milyondan çox müraciət qeydə alındı və bu qurumu bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir".

Dövlət başçısı vurğulayıb ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq: "Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcək. "ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk"