backend

Rza Zərrabın daşınmaz əmlak sərvəti!

Rza Zərrabın daşınmaz əmlak sərvəti!

















62 mənzil, Boğazda möhtəşəm malikanə, Boğaz mənzərəli villa, mehmanxana, zavod və ofis, təyyarə və maşınlar...

Təxminən 100 milyon dollarlıq sərvətə sahib olan Rza Zərrabın təkcə daşınmaz əmlakdan təxminən 30 milyon dollarlıq ipotekası var. Zərraba ən çox kredit verən bank isə baş direktoru ötən ilin dekabrında həbs olunan Xalq Bankdır.

Xatırladaq ki, Türkiyəni sarsıdan bu korrupsiya və rüşvət əməliyyatında həbs olunaraq 70 gün həbsxanada yatan Rıza Zərrab prokurorluğun qərarı ilə azadlığa buraxıldı. Bundan sonra isə iranlı iş adamı bütün sərvətini diqqətdə saxlayır. Analitik.az xarici mətbuata istinaən xəbər verir ki, Türkiyədə 3 nazirə milyonlarla dollar rüşvət verməkdə təqsirləndirilən Zərrabın sərvəti hamını təəccübləndirən civardadır. Onun kağız üzərində 100 milyon dolları olduğu bildirilsə də, əslində 62 mənzil, Boğazda möhtəşəm malikanə, Boğaz mənzərəli villa, mehmanxana, zavod və ofis, nağd pullar, zinət əşyaları, hər cür minik avtomobilləri, təyyarələri bu hesabın xaricində olduğu üçün Zarrabın həqiqi sərvətinin daha çox olduğu güman edilir...