backend

Ərdoğan duyurdu: “Növbədənkənar seçkilər 24 iyunda keçiriləcək”

Ərdoğan duyurdu: “Növbədənkənar seçkilər 24 iyunda keçiriləcək”














Türkiyə prezidenti Ərdoğan MHP lideri Dövlət Baxçalı ilə görüşdən sonra açıqlama verib.
Ərdoğan 24 iyun tarixini Türkiyədə növbədənkənar seçkilər günü elan edib.
Ərdoğan deyib:
“Hörmətli KİV nümayəndələri, bu gün MHP lideri Baxçalı ilə görüşdük. Görüş zamanı xarici və daxili məsələləri müzakirə etdik. Baxçalının prezidentlik və parlament seçkiləri ilə bağlı növbədənkənar seçki təklifini dəyərləndirdik. Seçkilərin 24 iyunda keçirilməsinə qərar verdik. Millətimizə xeyirli olsun”.