backend

Dezodorantlar xərçəng xəstəliyi yaradır -Diqqət

Dezodorantlar xərçəng xəstəliyi yaradır -Diqqət














Bu xəbəri qadınlar mütləq oxusunlar!

qaynarxett.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis qadınlarının 11 faizi xərçəng xəstəliyinə tutulmaqdan qorxduqları üçün dezodorant istifadə etməkdən imtina ediblər. Bu dezodorantların istifadəsi xərçəng xəstəliyinə tutulmaq ehtimalını artırırmı?


Günümüzdə bir çox dezodorantların istehsalında “aluminium chlorohydrate” deyilən kimyəvi maddədən istifadə edilir. Bu kimyəvi maddə xərçəng xəstəliyinin yaranmasına səbəb olur. İngiltərənin Ridinq Universitetinin Hüceyrə və Xərçəng Araşdırmaları Mərkəzinin əməkdaşı doktor Filippa Darbe bildirib ki, bu maddə insanda xərçəng xəstəliyi yaradır: "Həddindən artıq estrogen istifadəsinin döş xərçəngi şişinin yaranmasına və irəliləməsinə səbəb ola biləcəyi elmi cəhətdən də öz təsdiqini tapıb.”
`
O, qeyd edib ki, bu tip maddələrdən dezodarant istehsalında ən çox istifadə olunanı isə “aluminium chlorohydrate”dir. Xərçəng xəstələrinin sayında artımı nəzərə alanlar “aluminium chlorohydrate” tərkibli dezodorantları araşdırmağa başlayıblar. Dezodorantın istifadə olunduğu qoltuq altına ən yaxın orqan olan döşün xarici qismində xərçəng şişinin daha çox meydana gəldiyi müşahidə edilib.