backend

“Hərbi əməliyyatlarda həlak olan 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək” - Nazir

“Hərbi əməliyyatlarda həlak olan 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək” - Nazir















Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrinin icra edən Səlim Müslümov mətbuat konfransında çıxışı zamanı bildirib.

S.Müslümovun sözlərinə görə, ilkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür.

"Bu gün bizim bazalarda müxtəlif kateqoriyadan olan 12 737 nəfər şəhid ailəsi var. Hərbi qulluqçu kimi şəhid olanların sayı 8 714 nəfərdir. Bizim bazada olan rəqəmlərə görə isə 7 605 nəfəri 1997-ci ilin 2 avqust ayına kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci ilin 2 avqustundan sonra da vəfat edən şəxslər var ki, hansı ki döyüşlər zamanı yaralanıb və s. İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür. Və təxmini hesablamalarımıza görə, bu fərmanın icrası üçün 95-100 milyon manat vəsait tələb olunacaq. Vətəndaşlar artıq bu gündən başlayaraq sənədlərini toplaya bilərlər. Fərmanın icrası vaxt məhdudiyyətindən söhbət gedə bilməz. Fərmanın icrası 1 də, 2 il də davam edə bilər. Sənədlər elektron şəklində deyil, kağız formasında olacaq. Çünki vətəndaşların hamısında elektron imza yoxdur," - deyə nazir vurğulayıb.

Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.

APA