backend

Ağdamda Quba qiyamı təxribatı: MTN kuryeri olmuş məmur təhqirə keçdi - Şok!!!

Ağdamda Quba qiyamı təxribatı: MTN kuryeri olmuş məmur təhqirə keçdi - Şok!!!

Ağdamda Quba və İsmayıllı hadisələri təkrarlana bilər;
Buna səbəb növbəti məmur səhlənkarlığıdır...

FİA.Az xəbər verir ki, sosial şəbəkələrdə sensasion məlumat yayılıb.

Elnur Vaqifoğlu və digərlərinin səhifəsində yayılan xəbərdə iddia edilir ki, Təhsil Nazirliyinin 10 saylı Regional Hesablama Mərkəzi rəhbəri Malik Vəliyev ciddi xətaya yol verib.

Belə ki, bir neçə gün əvvəl Ağdam rayon Mədəniyyət Evində təhsil işçilərinin tədbiri keçirilib.

İddia olunur ki, M.Vəliyev çıxışında ağdamlıları təhqir edib. İddialar ondan ibarətdir ki, idarə rəisi ağdamlıları satqın və üzəduran adlandırıb. Həmin tədbirdə iştirak edən məktəb direktorları, Ağdam RİH-də müavin Ağa Zeynalov, Hüseyn Bayramov “ağzına su alıb oturub”lar.

E.Vaqifoğlu yazıb ki, bir ağdamlı kimi M.Vəliyevə cavab verib: “Satqın sənsən, sənin böyüyündür. Get ver məni məhkəməyə! Sənin naqis əməllərini ifşa edəcəyəm”.

Laçının keçmiş müdiri olmuş M.Vəliyev şəhidlər vermiş ağdamlıları təhqir etməklə prezidentə, ölkəyə necə pislik etdiyini hələ anlamayıb.

Deyəsən, seçkidən sonra Quba hadisələrinin təkrarlanması arzusunda olan M.Vəliyev təxribatçılığa keçib.

Laçın təhsilini talan edən, indi də olduğu mərkəzi tar-mar edən məmur bu azmış kimi ağdamlıları aşağılayır. Ona bu ixtiyarı kim verib? Hansı səlahiyyət sahibidir ki, insanları söyür?

M.Vəliyev ağdamlıların satqınlığını harda görüb? Məgər prezident tapşırmayıb ki, məmurlar kobudluq etməməli, insanları qıcıqlandırmamalıdır.

Ancaq təhsil mərkəzinə rəhbərlik edən məmur seçkidən sonra Azərbaycanı, işğal edilmiş bölgənin camaatını ayağa qaldırmağa çalışır.

Hətta erməni belə Ağdam camaatını belə təhqir etməmişdi.

FİA.Az xəbər verir ki, bu həmin M.Vəliyevdir adı MTN jurnalistlərinin işində keçib.

“Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları şantaj edərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işində olduqca incə məqam var.

Məhkəmə materiallarına istinadla xəbər veririk ki, Laçının keçmiş icra başçısı Ramiz Cəbrayılov onun qurbanlarından biri olub.

Sabiq başçı istintaqa ifadəsində deyib ki, barəsində “Gündəlik Bakı” qəzetində 2011-ci ildən başlayaraq Habil Vəliyevin imzası ilə həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, rüsvayedici silsilə məqalələr dərc olunub.

Keçmiş icra başçısının ifadəsinə görə, H.Vəliyevdən yazdığı faktları yerində araşdırmasını, ailəsi və özü barədə böhtan xarakterli yazılara son qoymasını təklif edib:

”Habilin çox təhlükəli insan olduğunu, insanlığa yaraşmayan xislətini görüb, abrıma sığınıb barəmdə yazılan rüsvayedici məlumatlardan yaxa qurtarmaq üçün 2012-ci ildə Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev vasitəsilə Habilə 15 min manat göndərdim”.

Bu fakt R.Cəbrayılovun istintaqa ifadəsində ağzından çıxıb. Yəni, rüşvət verdiyini və M.Vəliyevin də kuryer kimi pulu daşıdığını etiraf edib.

Təhsil şöbəsi müdiri Təhsil Nazirliyinə tabedir. Bəs görəsən, M.Vəliyev icra hakimiyyəti başçısının 15 min manatını niyə baş redaktora çatdırıb?

Hazırda vəzifəli yüksələn M.Vəliyev Tərtər Regional Təhsil İdarəsinin müdiridir. Laçın sakini Baxşeyiş Xudayarov Salyan oğlu bildirmişdi ki, bir rayonun Təhsil Şöbəsini korrupsiya yuvasına çevirən Malik Vəliyevi Təhsil Nazirliyi yüksək məbləğdə rüşvət qarşılığında 6 rayona (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon Təhsil Şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsinə) təhsil rəhbəri təyin korrupsiyaya qarşı ciddi mübarizə siyasətinə tam ziddir.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularına göz yumub.

Laçın Təhsil Şöbəsində hər ayın axrında məktəb direktorlarından hesab yığlır (şagirdlərin sayı 1000-dən az olan məktəb direktorlarından 500 manatdan, şagirdlərin sayı 1000-dən çox olan məktəb direktorlarından 1000-1500 manatdan).

Təhsil Şöbəsinin müdri Malik Vəliyev elə bir sağlam korrupsiya şəbəkəsi yaradıb ki, Təhsil Şöbəsindən çıxmasına baxmayaraq, yenə də aylıq hesabı yığır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az