backend

46 qızı zorladığı iddia olunan falçı azadlıqda: “Özümü asmaq istəyirdim... “

46 qızı zorladığı iddia olunan falçı azadlıqda: “Özümü asmaq istəyirdim... “















Falçılıqla məşğul olub, 46 qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov ötən axşam sərbəst buraxılıb.

Bu barədə R.Talıbovun özü musavat.com-a açıqlamasında bildirib: “Mən “içəridən” dünən saat 9-da çıxmışam. O qızlara görə mənə 1 sutka vermişdilər. Hazırda nəzarət altındayam. El gözü tərəzidir, gördülər ki, günahım yoxdur. Qanun-qayda var, biz kimik ki? Mən sadəcə fəhlə insanam”.

Ramil Talıbov zorlanma qalmaqalı ilə bağlı intihar etmək istədiyini də deyib: “Özümü asıb öldürmək istəyirdim. Nə olsun ki, kişiyəm. Məgər kişiyə xələl gəlmir? Qızlardan biri Ə.A-nın rəfiqəsidir. Onu heç tanımıram. Artıq onlar barəsində hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etmişəm”.

Ramil Talıbov haqqında səslənən digər ittihamlara da cavab verib: “Mən əsla falçılıqla məşğul olmamışam, bu haqda heç bir bilgim yoxdur”.

Xatırladaq ki, aprelin 19-da iki tələbə qız redaksiyamıza müraciət edərək bildirmişdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən şəxs “İnstagram” vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq, onlarla intim əlaqədə olub.

Adlarını açıqlamadığımız gənc qızların iddialarında o da yer alır ki, "falçı Mirseymur"un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur. Bu mövzu ictimailəşdirildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb. Ramil Talıbov məsələ ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılmışdı.