backend

Sarkisyan Ermənistandan qaçıb?

Sarkisyan Ermənistandan qaçıb?














Bir neçə saat əvvəl vəzifəsindən istefa verən baş nazir Serj Sarkisyan Ermənistandan qaçmayıb.
"Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan hökumət dairələrindən bildirilib.

"Bu məlumat tamamilə yalnışdır. Bu, axmaqlıqdır", - deyə mənbə qeyd edib.
Onu da bildirək ki, ölkədə bazar ertəsi günü həbs olunan bütün nümayişçilər azadlığa buraxılıb.

Ölkədə nümayişlərin kütləvi xarakter alması nəticəsində S.Sarkisyan apreli 23-də istefa verib. Bəzi erməni KİV-ləri onun Ermənistandan qaçdığı barədə məlumat yayıb.