Kənd sakinlərini təhqir edən Metropoliten rəsmisi: " Yanlış anlaşmaya görə üzr istəyirəm”

Sosial 25-04-2018, 07:00
Kənd sakinlərini təhqir edən Metropoliten rəsmisi: " Yanlış anlaşmaya görə üzr istəyirəm”














Bu gün "Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın "Facebook”da yazdığı "Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözləri qalmaqala səbəb olmuşdu.

Hətta sosial şəbəkədə Metropoliten rəsmisinə qarşı "Hamımız kəndçiyik” həşteqi ilə kampaniya başladılmışdı.

Bütün bu olanlardan sonra Babayeva yazdıqlarının düzgün şərh edilmədiyini bildirərək üzr istəyib:

"Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”.

///Oxu.Az
Oxunub: 330
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10