backend

Sarkisyana daha bir bəd xəbər: Anası öldü

Sarkisyana daha bir bəd xəbər: Anası öldü















Ermənistanın keçmiş baş naziri Serj Sarqsyanın anası Nora Sarqsyan aprelin 23-də - oğlunun baş nazir vəzifəsindən istefa verdiyini açıqladığı gün vəfat edib.

Report xəbər verir ki, siyasətçinin anasının ölümü barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin məlumat verib.

Parlamentari qeyd edib ki, anasının ölümü Sarqsyanın istefaya getməsinin səbəblərindən biri olub.


Ermənistan KİV-inin məlumatına görə, Nora Sarqsyan oğlunun baş nazir postunu tutmasına qarşı çıxırdı.

Xatırladaq ki, Serj Sarqsyan çoxminlik etirazçıların nümayişləri fonunda aprelin 23-də Ermənistanın baş naziri vəzifəsindən istefa verib.