backend

Ermənilər mövqelərimizi atəşə tutub

Ermənilər mövqelərimizi atəşə tutub
























Nazirlik məlumat yayıb.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 13 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, həmçinin Füzuli, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.