backend

Avropalı qadın zorlamaya görə rekord təzminat aldı

Avropalı qadın zorlamaya görə rekord təzminat aldı






















Depressiyaya düşən qadın əmək qabiliyyətini itirib.

Danimarkada bələdiyyəyə bağlı şirkətlərdən birinin əməkdaşı olan qadın uzun müddət məruz qaldığı və depressiyaya səbəb olan cinsi təcavüzə görə, rekord məbləğdə təzminat əldə edib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, adi sevgi əlaqəsi kimi başlayan bu münasibət qadının iş vaxtı fiziki, işdən sonra telefonla uzun müddətli təcavüz olunmasına səbəb olub.

Bunun nəticəsində depressiyaya düşən qadın əmək qabiliyyətini itirərək vaxtından əvvəl pensiyaya çıxıb.

Təcavüz hadisəsindən xəbər tutan iş yeri zərərçəkmişə 25 000 kron (3 370 manat) məbləğində birdəfəlik ödəniş təklif etsə də qadın bunu qəbul etməyərək vəziyyəti həmkarlar ittifaqı vasitəsilə “İş Qəzaları” qurumuna çatdırıb.

Baş verənlərin qadında depressiya yaratdığı, onun yaşadığı məhəllənin xaricinə çıxmadığı və ömürlük fəsada səbəb olduğu bildirilərək qurum tərəfindən zərərçəkmişə 3 milyon Danimarka kronu (404 700 manat) ödənilməsinə qərar verilib.

Danimarka həmkarlar ittifaqının açıqlamasına görə, bu ölkədə qadınların cinsi təcavüzə məruz qalma nisbəti 17 ilə 20 faizdir.

Məlumata görə, Danimarkada cinsi təcavüz iş qəzası kimi qəbul olunur və zərərçəkmişlərin əksəriyyəti 25 000 kronluq (3 370 manat) təzminatı qəbul edir.