backend

Ermənistanda polis müxalifətin tərəfinə keçdi

Ermənistanda polis müxalifətin tərəfinə keçdi














Ermənistanda fəaliyyət göstərən və hakim koalisiyaya daxil olan "Daşnaksütun” təşkilatı koalisiyanı tərk etdiyini bildirib.

"Sputnik” xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyani isə iqtidarda olan Respublikaçılar partiyasından dərhal təslim olmağı tələb edib.

"Bizim yalnız bir tələbimiz var – ERP-nin dərhal təslim olması – qeyd-şərtsiz”, - Paşinyan Respublika meydanında keçirilən mitinqdə deyib.

O əlavə edib ki, görüşlərdə iştirak etmək üçün iki saat müddətinə mitinqi tərk etməlidir.

Bundan əlavə, Paşinyanımn sözlərinə görə, hazırda xidməti borclarını yerinə yetirən polis əməkdaşları da etirazçıların tərəfinə keçiblər.