backend

Gömrük,Qumar,Təzyiq, Pulla yazılan TƏKZİB...

Gömrük,Qumar,Təzyiq, Pulla yazılan TƏKZİB...

Bir neçə ildir ki, adı mətbuatda müəyyən qalmaqallarla hallanan Gömrük klanı Vüsal Novruzov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamı kimi tanınır.Deyilənə görə, artıq Kəmaləddin Heydərov Vüsal Novruzovun lazımsız hərəkətlərindən təngə gəlib, onu qorumaqdan imtina edir.

Vüsal Novruzov Gömrük məmurundan daha çox "Qumar"baz kimi məşhurdur. Amma nədənsə onun general rütbəsinə sığmayan davranışları medianın gündəminə düşsə də, tez bir zamanda sayt və qəzetlərdən sildirməyə müvəffəq olmuşdur. Hətta iddia olunur ki, özünü qorumaq üçün bir neçə mediaya aylıq məvacib ayırıb, öz müdafiəsi üçün işlədir. Gömrük generalı Vüsal Novruzovun özbaşınalıqlarını üzə çıxaran mətbuat nümayəndələri müxtəlif təzyiqlərə məruz qalır, şantaj və pul-para yolu ilə susdurulur. Belə çıxır ki,Vüsal Novruzovun özünə madiyyat yolu ilə cəlb etdiyi mətbuat digər kasıb mətbuata ciddi təzyiqlər edərək, necə olur olsun öz "Xazeyinlərini"düşdüyü bəladan xilas edirlər.

Ulu Öndər Heydər Əliyev daima mətbuata geniş yer ayırıb, azad medianın lehinə olmuşdur. Məhz bunun üçün də müstəqil Azərbaycan mətbuatının inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab prezident İlham Əliyev mediamıza diqqət və qayğısını əsirgəmir, jurnalistə hər-hansı bir təzyiq olan zaman şəxsən özü birbaşa reaksiya verir. Dünyanın heç bir yerində olmayan mətbuat günündə jurnalistlər üçün hədiyyə verilən evlər buna misal olaraq göstərilə bilər.

Bir sözlə, Gömrük Komitəsi sədri Aydın Əliyevin dövründə geniş yeyintilər etmiş Vüsal Novruzov öz yerini bərkitmək üçün əlindən gələni edir. Azərbaycan mediasınıda öz ətrafı vasitəsi ilə müxtəlif təzyiqlərlə susdurur. Prezident seçkilərindən sonra yenidən nazirlər kabinetinin formalaşdırmağı üçün 21 Aprel-2018-ci il Cənab prezident İlham Əliyevin sərəncamına əsasən Səfər Mehdiyev Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edildi. Səfər Mehdiyev bundan qabaq Gömrük komitəsinin müavini olmuşdur. Gömrük "klanı"Vüsal Novruzovu yaxşı tanıyır. Az bir vaxta Vüsal Novruzov barəsində ölçü götürəcəyi istisna olunmur. Kəmaləddin Heydarovun kadrı sayılsa da, Vüsal Novruzov üçün artıq açıq qapılar bağlanıb.

Etibarlı mənbədən Xəbəral.az saytına bildirdilər ki, hal -hazırda yeni komitə sədri Vüsal Novruzovun yeyintilərini yoxlatdırır. Çox güman ki, gömrük işinə vurduğu ziyana görə bu yaxında işdən azad olunub, cinayət məsuliyyətinə cəlb olunacaq. Vüsal Novruzov ətrafında olan saytlara puldan buraxıb və özü haqqında yeni təkzib xarakterli yazılar yazdırır. Bizə elə gəlir ki,bu vəziyyətddən çıxış yolu olmayacaq.


Qarşı tərəfi dinləməyə hazırıq, məsələyə daha geniş qayıdacağıq

Qaynarxett.az